• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
22.9° Weather Columbus
$
1.7
€
1.9628
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Cəmiyyət

İş müsahibəsində verilən qıcıqlandırıcı suallar - AÇIQLAMA

09 İyun, 26 / 16:39
A A

Dövrümüzdə işə düzəlmək üçün öncə müsahibə mərhələsindən uğurlar keçmək lazımdır. Həmin zaman işəgötürənlər bəzi suallar verirlər. Keçmiş iş təcrübəsi, özünə aid müəyyən suallar ünvanlanır. Amma bunlar arasında bir çox şəxslərə qəribə, onları sınamaq məqsədilə gələ biləcək suallar da yer alır: “Stresə davamlısınız mı?”, “Filan situasiyada necə davranardınız?” və s.

Lakin hər halda qarşılarında duran bir insandır…

İnsan Resursları üzrə mütəxəssis (HR) Röyal Əhmədov Zefer.media-ya açıqlamasında deyib ki, bu gün iş müsahibələri sadəcə vakansiyanın doldurulması prosesi deyil, eyni zamanda şirkətin insanlara və əmək bazarına münasibətinin göstəricisidir:

“Təəssüf ki, bəzi hallarda müsahibələr namizədin bilik və bacarıqlarını qiymətləndirməkdən çox, onu psixoloji təzyiq altında saxlamaq və ya narahat vəziyyətə salmaq məqsədi daşıyır.

Əslində isə müsahibənin məqsədi namizədi sıxışdırmaq deyil, onu tanımaqdır. Müasir insan resursları idarəçiliyində namizədin peşəkar bacarıqları, təcrübəsi, problem həll etmə qabiliyyəti və vəzifəyə uyğunluğu qiymətləndirilir. Şəxsi həyat, ailə vəziyyəti, dini və siyasi baxışlar kimi məsələlər isə iş performansını müəyyən edən amillər deyil”.

HR mütəxəssisi qeyd edib ki, bəzən müsahibələrdə namizədləri qıcıqlandırmaq və ya onların reaksiyasını yoxlamaq üçün müxtəlif üsullardan istifadə olunur:

“Hətta elə suallar təqdim edilir ki, məqsəd cavab almaq deyil, namizədi gərgin vəziyyətə salmaq olur. Bir çox şirkətlər bunu stresə davamlılığı ölçmək kimi təqdim etsələr də, müasir HR yanaşmasına görə insanı qəsdən narahat etmək peşəkar qiymətləndirmə üsulu hesab edilmir. Çünki stresə davamlılığı ölçmək üçün namizədi alçaltmağa və ya sıxışdırmağa ehtiyac yoxdur. Bunun əvəzinə onun keçmiş iş təcrübəsində qarşılaşdığı çətin situasiyalar və həmin vəziyyətlərdən necə çıxdığı araşdırıla bilər.

Dünya təcrübəsinə baxdıqda görürük ki, xüsusilə Avropa ölkələrində müsahibələr daha çox qarşılıqlı dialoq formasında aparılır. Namizədə hörmətlə yanaşılır, onun ləyaqətini zədələyə biləcək davranışlardan qaçılır və əsas diqqət peşəkar kompetensiyalara yönəldilir. Çünki güclü şirkətlər yaxşı işçini qorxudaraq deyil, onun potensialını üzə çıxararaq seçirlər”.

Müsahibimiz əlavə edib ki, Azərbaycan əmək bazarında da son illər bu istiqamətdə müsbət dəyişikliklər müşahidə olunur:

“Lakin hələ də bəzi hallarda vəzifə ilə əlaqəsi olmayan sualların verilməsi, namizədin şəxsi həyatına həddindən artıq maraq göstərilməsi və ya müsahibənin psixoloji sınağa çevrilməsi kimi hallara rast gəlinir. Halbuki əmək münasibətlərinin əsas prinsiplərindən biri ayrı-seçkiliyin yolverilməzliyidir və işə qəbul zamanı əsas meyar namizədin peşəkar keyfiyyətləri olmalıdır.

Mən hesab edirəm ki, müsahibə bir tərəfin digərini imtahan etməsi deyil, qarşılıqlı tanışlıq prosesidir. Şirkət namizədi qiymətləndirdiyi kimi, namizəd də şirkətin dəyərlərini, iş mühitini və idarəetmə mədəniyyətini qiymətləndirir. Bu səbəbdən etik, şəffaf və peşəkar şəkildə aparılan müsahibələr həm işəgötürən, həm də namizəd üçün daha uğurlu nəticələr yaradır.

Unutmamalıyıq ki, yaxşı müsahibə yalnız vakansiyanı doldurmur, eyni zamanda şirkətin nüfuzunu formalaşdırır. Namizədə göstərilən hörmət isə gələcək əməkdaşlığın ilk addımı sayılır”

Zərintac Mayisqızı 

Bənzər Xəbərlər

Banner

Bu kreditlər üzrə faizləri dövlət ödəyəcək

İyun 10, 2026
Banner

Azərbaycanda orta aylıq maaş artıb

İyun 10, 2026
Cəmiyyət

“Manşet.az”ın fəaliyyətə başlamasından 5 il ötür

İyun 10, 2026
Manşet

Zakir Həsənov Serbiyada rəsmi səfərdədir

İyun 10, 2026
Cəmiyyət

Azərbaycanda gələn həftə yüzlərlə obyekt bağlanacaq

İyun 10, 2026
Mədəniyyət

Adil Kərimli bu iddiaları qəbul etmədi

İyun 10, 2026

XƏBƏR LENTİ

Aİİ-yə üzvlük məsələsi təcili olaraq həll edilməlidir”

10 İyun, 26 / 15:30

Trampdan İrana sərt mesaj: “İndi bunun bədəlini ödəyəcəklər”

10 İyun, 26 / 15:25

Bu kreditlər üzrə faizləri dövlət ödəyəcək

10 İyun, 26 / 14:37

Azərbaycanda orta aylıq maaş artıb

10 İyun, 26 / 14:36

Pezeşkian: “Mərhum ali lider ABŞ ilə danışıqların davamına icazə vermişdi”

10 İyun, 26 / 14:09

İran ABŞ və İsraili diplomatik prosesə zərər vurmaqda ittiham edib

10 İyun, 26 / 14:06

Putin və Paşinyan arasında görüş barədə hələlik dəqiq razılıq yoxdur

10 İyun, 26 / 14:03

“Manşet.az”ın fəaliyyətə başlamasından 5 il ötür

10 İyun, 26 / 13:56

Zakir Həsənov Serbiyada rəsmi səfərdədir

10 İyun, 26 / 12:51

Azərbaycanda gələn həftə yüzlərlə obyekt bağlanacaq

10 İyun, 26 / 12:45

“Zefer” Media Qrupu Azərbaycanın ictimai, siyasi, sosial və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərləri də oxuculara çatdırır.

  • Haqqımızda
  • Media kodeks
  • Reklam
  • Əlaqə
  • Karyera
  • Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Zefer.media İnformasiya Portalı © 2026
design by Zefer Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

© 2026 Zefer Media İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2026 Zefer.media - İnformasiya Portalı.