Bu gün İraqda İranın mərhum ali lideri Əli Xameneyi ilə vida mərasimləri davam edir.
Zefer.media xəbər verir ki, Nəcəf şəhərində keçirilən kütləvi yürüşdən sonra Əli Xameneyinin cənazəsi iyulun 7-si axşam saatlarında Kərbəla şəhərinə aparılıb.
Vida mərasimi hazırda şiələrin müqəddəs şəhərlərindən olan Kərbəlada davam edir.
Mərasimdə iştirak etmək üçün İraqa gələn İran prezidenti Məsud Pezeşkian tədbirdən sonra ABŞ və İran arasında baş verən hava hücumları fonunda gecə saatlarında Tehrana qayıdıb.
Mərasimə İraqın nüfuzlu şiə lideri Müqtəda əs-Sədr də qatılıb.
Zərintac Mayisqızı

















