ABŞ prezidenti Donald Tramp bildirib ki, İranla müharibə tezliklə bitəcək.
Zefer.media xəbər verir ki, Trampın sözlərinə görə, vurulacaq praktiki olaraq heç nə qalmayıb.
“Müharibə əla gedir. Biz qrafikdən xeyli irəlidəyik. İlk altı həftəlik müddətdə belə, mümkün hesab etdiyimizdən daha çox ziyan vurmuşuq”,-deyə Tramp bildirib.
Tramp qeyd edib ki, İranın düşmənçiliyi təkcə İsrail və ABŞ-a deyil, Fars körfəzi ölkələrinə də şamil edilir:
“Onlar bütün Yaxın Şərqə hücum etdilər. İndi onlar 47 illik ölüm və dağıdıcılığın əvəzini ödəyirlər. Bu, qisasdır. Onlar asanlıqla qurtula bilməyəcəklər”, – Tramp qeyd edib.
Yeganə

















