Siyasət

İran prezidenti ŞƏT-ə iki yeni təşəbbüs təqdim etdi

1 Sentyabr 2026, 13:434
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

Bu gün İran prezidenti Məsud Pezeşkian Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv ölkələrin Dövlət Başçılarının Zirvə Görüşündə iki yeni təşəbbüs irəli sürüb.

Zefer.media xəbər verir ki, Pezeşkian terrorçuluq və yeni yaranan təhlükəsizlik təhdidlərinə qarşı mübarizənin gücləndirilməsi məqsədilə “Təhlükəsizlik Araşdırmaları üzrə Strateji Mərkəz”in yaradılmasını təklif edib.

İran prezidentinin sözlərinə görə, bu mərkəz ŞƏT-ə üzv ölkələrin elmi və ekspert potensialından istifadə etməklə yeni risklərin müəyyənləşdirilməsi, təhlükəsizlik sahəsindəki proseslərin dəyərləndirilməsi və regional təhlükəsizliyin möhkəmləndirilməsinə xidmət edə bilər.

Pezeşkianın irəli sürdüyü digər təşəbbüs isə ŞƏT-ə üzv dövlətlərin Parlament Assambleyasının yaradılmasıdır. O deyib ki, bu təşəbbüs parlamentlərarası dialoqun möhkəmləndirilməsinə, qanunvericilik təcrübələrinin mübadiləsinə və üzv ölkələr arasında əməkdaşlığın dəstəklənməsinə yönəlib.

Zərintac Mayisqızı 

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600