Dünya

İran ordusu BƏƏ-dəki hərbi bazaya onlarla PUA ilə zərbə endirdiyini açıqlayıb

31 Avqust 2026, 10:511
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

İran ordusu Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) ABŞ hərbçiləri və helikopterlərinin yerləşdiyi Əl-Minhad hərbi bazasına onlarla zərbə PUA-sı ilə hücum etdiyini bildirib.

Zefer.media İran tərəfinə istinadən verdiyi məlumata görə, hücum İrana qarşı son hərəkətlərə, eləcə də Lark adasında İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) hərbçiləri və mülki şəxslərin həlak olmasına cavab olaraq həyata keçirilib.

İran ordusunun mətbuat xidməti Əl-Minhad bazasının xarici qüvvələrin dəstəklənməsi və yerləşdirilməsi baxımından əsas mərkəzlərdən biri olduğunu iddia edib.

Aytən Yalçınqızı

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600