İrandakı müharibə səbəbindən qlobal qiymət artımı fonunda Rusiya neftinin qiyməti son 13 ilin ən yüksək səviyyəsinə yüksəlib.
Zefer.media xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.
Həmçinin “Argus Media” da bildirib ki, 2 aprel tarixində Primorsk limanında Rusiyanın Urals markalı xam neftinin qiyməti 116,05 dollar/barel təşkil edib. Göndərmə xərcləri daxil olmayan bu rəqəm, Rusiyanın 2026-cı il büdcəsində nəzərdə tutulan orta qiymətdən (59 dollar) təxminən iki dəfə çoxdur.
“Bloomberg” qeyd edir ki, Ukraynada davam edən münaqişə fonunda gözlənilməz neft gəlirləri Kremlin maliyyəsinə təzyiqi azaldır.
Novorossiysk limanında Urals neftinin qiyməti barel üçün 114,45 dollara çatıb. Moskvanın qərb limanlarından Urals neftinin dünya etalonu olan “Dated Brent” ilə müqayisədə orta endirimi barel üçün 27,75 dollara düşüb ki, bu da dekabrın ortalarından bəri ən aşağı göstəricidir.
Eyni zamanda, agentlik əlavə edib ki, Rusiyanın qlobal neft qiymətlərinin artımından faydalanmaq qabiliyyəti Ukraynanın ixrac infrastrukturuna və neft emalı zavodlarına hücumları səbəbindən sarsılır .
Xüsusilə, Rusiya neftinin təxminən 40%-nin daşındığı Baltik dənizi sahillərindəki dəniz limanlarına edilən hücumlar xammalın daşınmasında fasilələrə səbəb olub və Kremlin gəlirlərinə zərbə vurub.
Zərintac Mayisqızı

















