Dünya

İran Küveytdə ABŞ bazalarını hədəfə aldı

3 Sentyabr 2026, 11:431
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

Bu gün səhər saatlarında İran Küveytdəki ABŞ-nin hərbi obyektlərini raketlər və pilotsuz uçuş aparatları ilə zərbə endirib.

Zefer.media xəbər verir ki, bununla bağlı, İran dövlət televiziyası bildirib.

Küveyt Silahlı Qüvvələrinin Baş Qərargahı isə açıqlamasında ölkənin hava hücumundan müdafiə sistemlərinin İranın raket və dronlarına qarşı fəaliyyət göstərdiyini və bir sıra düşmən hava hədəflərini zərərsizləşdirdiyini ifadə edib.

Küveyt ordusu hava hücumundan müdafiə sistemlərinin səmadakı hədəfləri məhv etməsi nəticəsində partlayış səslərinin eşidilə biləcəyi barədə əhaliyə xəbərdarlıq edib.

Hərbi rəhbərlik vətəndaşları təhlükəsizlik tədbirlərinə riayət etməyə, səlahiyyətli qurumların tövsiyə və göstərişlərinə əməl etməyə çağırıb.

 

Zərintac Mayisqızı 

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600