Banner

İran gərginliyi fonunda Misir qırıcıları BƏƏ-də yerləşdirildi

8 May 2026, 15:082
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

Misir Hərbi Hava Qüvvələrinin qırıcılarının BƏƏ-də yerləşdirildiyi bildirilir.

Zefer.media xəbər verir ki, bu barədə “Iran Times” məlumat yayıb.

BƏƏ-nin rəsmi xəbər agentliyi “WAM” da Misir prezidenti Əbdülfəttah əs-Sisinin ölkəyə səfəri çərçivəsində BƏƏ-də yerləşdirilən Misir qırıcı təyyarə bölməsinə baş çəkdiyini yazıb.

Görüş zamanı Misir lideri İranın BƏƏ-də mülki şəxsləri və mülki obyektləri hədəf aldığı iddia edilən hücumları pisləyib və Əmirliklərə dəstəyini ifadə edib.

“Asr Iran” isə bildirib ki, Misir mayın 4-dən etibarən BƏƏ-dəki hava bazalarına döyüş bölmələri yerləşdirməyə başlayıb. Vurğulanıb ki, proses çərçivəsində 24 ədəd “Dassault Rafale” və “F-16 Block 52” qırıcılarından ibarət iki eskadrilya, habelə, elektron müharibə dəstək bölmələri Əl-Dhafra hava bazasında fəaliyyətə başlayıb.

Zərintac Mayisqızı 

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600