İqtisadiyyat

İqtisadiyyatımız 2%-ə yaxın artıb

11 Fevral 2026, 14:160
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

2026-cı ilin yanvar ayında ölkədə 9 milyard 78,7 milyon manatlıq və ya əvvəlki ilin yanvar ayı ilə müqayisədə 1,7 faiz çox ümumi daxili məhsul istehsal olunub.

Zefer.media bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. Məlumata görə, iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 0,6 faiz, qeyri neft-qaz sektorunda isə 2,3 faiz artıb.

ÜDM istehsalının 33,9 faizi sənaye, 11,7 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 7,8 faizi nəqliyyat və anbar təsərrüfatı, 3,6 faizi tikinti, 3,3 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,4 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 2,2 faizi informasiya və rabitə sahələrinin, 23,4 faizi digər sahələrin payına düşmüş, məhsula və idxala xalis vergilər ÜDM-in 11,7 faizini təşkil edib.

Əhalinin hər nəfərinə düşən ÜDM isə 884,5 manata bərabər olub.

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600