İqtisadiyyat

İqtisadi Şuranın növbəti iclası olub

13 Oktyabr 2026, 18:131
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

Oktyabrın 13-də İqtisadi Şuranın növbəti iclası keçirilib.

 

Nazirlər Kabinetinin mətbuat xidmətindən Zefer.media-ya bildirilib ki, Azərbaycan Respublikasının Baş naziri Əli Əsədovun rəhbərliyi ilə keçirilən iclasın gündəliyində Azərbaycanda neft-qaz və neft-kimya sənayesinin inkişafı, o cümlədən neft emalı və neft-kimya infrastrukturunun modernləşdirilməsi, inkişaf perspektivləri və cari iqtisadi məsələlər yer alıb.

 

Gündəlikdə olan məsələlərlə bağlı SOCAR-ın prezidenti Rövşən Nəcəfin geniş məruzəsi dinlənilib. Təqdim olunan məsələyə dair İqtisadi Şuranın üzvləri və iclasa dəvət olunanlar çıxış ediblər və təkliflərini bildiriblər.

 

Sonra cari məsələlərlə bağlı Azərbaycan İnvestisiya Holdinqinin İdarə Heyətinin sədri Mətin Eynullayev çıxış edib.

 

İclasın yekununda qərarlar qəbul olunaraq Azərbaycan İnvestisiya Holdinqinə, SOCAR-a və aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilib.

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600