• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
$
1.7
€
1.9814
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Siyasət

İlham Əliyev “Naxçıvan şəhərinin 2044-cü ilədək inkişafına dair Baş Planı” ilə tanış olub

12 Avqust, 26 / 11:54
A A

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva avqustun 11-də “Naxçıvan şəhərinin 2044-cü ilədək inkişafına dair Baş Planı” ilə tanış olublar.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev dövlətimizin başçısına və birinci xanıma yeni Baş Plan, şəhərin gələcək inkişafı üzrə müəyyən edilmiş hədəflər və görüləcək işlər barədə məlumat verdi.

Bildirildi ki, Baş Plan “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”na uyğun olaraq, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sifarişi əsasında “Azərmemarlayihə” Dövlət Baş Layihə İnstitutu və beynəlxalq məsləhətçi şirkət “Chapman Taylor” tərəfindən hazırlanıb.

Azərbaycanın ən qədim yaşayış məskənlərindən olan Naxçıvan şəhərinin müstəqillik dövründə ilk dəfə hazırlanan yeni Baş Planı onun perspektivdə məkan inkişafının vahid strateji baxışını müəyyən edir. Konsepsiya şəhər mərkəzinin yenilənməsi, rekreasiya zonalarının genişləndirilməsi, dayanıqlı mobilliyin təşviqi, yaşayış və sosial infrastrukturun gücləndirilməsi və turizm potensialının daha səmərəli reallaşdırılması əsasında formalaşdırılıb.

Şəhərin əsas inkişaf istiqamətlərindən biri onun mərkəzi hissəsinin yenidən formalaşdırılmasıdır. Bu məqsədlə 74 hektar ərazini əhatə edən mərkəzi rayonun müfəssəl planı, həmçinin bu rayon daxilində mövcud planlaşdırma strukturu qorunmaqla 12,5 hektarlıq ərazini əhatə edən hissə üçün yeni memarlıq konsepsiyası hazırlanıb. Layihədə şəhər mərkəzinin daha canlı, yığcam və əlçatan məkana çevrilməsi nəzərdə tutulur. Konsepsiyaya əsasən, tarixi əhəmiyyət kəsb etməyən köhnəlmiş tikililərin mərhələli şəkildə yenilənərək müasir çoxmərtəbəli yaşayış və çoxfunksiyalı binalarla əvəzlənməsi, ərazidə yeni inzibati kompleksin yaradılması, mərkəzi meydanın isə yeni landşaft və kiçik memarlıq elementləri əlavə edilməklə insanyönümlü ictimai məkana çevrilməsi təklif edilir. Bütün bu yanaşmalar nəticəsində yaşayış, iş, xidmət, istirahət və ictimai funksiyaların bir-birini tamamladığı müasir şəhər mərkəzi formalaşdırılacaq.

Ekoloji infrastrukturun şəhərin ayrılmaz hissəsinə çevrilməsini hədəfləyən Baş Planın icrası dövründə mövcud yaşıllıq sistemi də genişləndiriləcək, Naxçıvançay boyunca ərazi şəhər həyatına inteqrasiya olunacaq, burada yeni parklar, istirahət zonaları və ictimai məkanlar yaradılacaq. Nəticədə adambaşına düşən yaşıllıq sahəsinin 15 kvadratmetrdən 27 kvadratmetrə çatdırılması nəzərdə tutulur.

Şəhər mobilliyinə yanaşma da yeni prinsiplər üzərində qurulub. Dayanıqlı, ekoloji təmiz nəqliyyat həllərinin tətbiqini dəstəkləyən konsepsiyaya əsasən, küçə-yol şəbəkəsinin ümumi uzunluğu 188,4 kilometr, velosiped infrastrukturunun uzunluğu isə 122 kilometr təşkil edəcək. Bu, ümumi küçə-yol şəbəkəsinin 65 faizdən çoxunun velosiped hərəkəti üçün uyğunlaşdırılması deməkdir.

Baş Planda Naxçıvanın zəngin tarixi-mədəni irsi və əlverişli coğrafi mövqeyi şəhərin turizm potensialını formalaşdıran əsas üstünlüklər kimi dəyərləndirilir. Tarixi irsin qorunması ilə yanaşı, xidmət sahələrinin genişləndirilməsi və şəhər mühitinin keyfiyyətinin yüksəldilməsi turizm sektorunun rəqabətqabiliyyətliliyinin artırılmasına imkan yaradacaq.

Naxçıvanın gələcək inkişafı şəhərin artım potensialı nəzərə alınmaqla planlaşdırılıb. Baş Plana əsasən, göstərilən müddət ərzində məskunlaşma ərazisinin 1831 hektardan 2630 hektara çatdırılması nəzərdə tutulur. Bununla şəhərin mövcud ərazisinin təxminən 44 faiz genişlənəcəyi, əhali sayının isə 97 min 200 nəfərdən 130 min nəfərə çatacağı proqnozlaşdırılır.

Əhalinin sıxlığı nəzərə alınaraq yaşayış fondunun 3,9 milyon kvadratmetrə çatdırılması hesablanıb. Bu, orta hesabla adambaşına 30 kvadratmetr yaşayış sahəsinin təmin olunmasına imkan verəcək və yeni yaşayış məhəllələrinin sosial, nəqliyyat və mühəndis infrastrukturu ilə kompleks şəkildə formalaşdırılmasına şərait yaradacaq.

Şəhərin böyüməsi ilə paralel olaraq sosial infrastruktur da genişləndiriləcək. Təhsil və səhiyyə xidmətləri nəzərə alınaraq, ümumtəhsil müəssisələrinin tutumu 23 min 400, məktəbəqədər təhsil müəssisələrinin tutumu 7 min 800, xəstəxanaların çarpayı fondu isə 650 yerə çatdırılacaq. Xidmət, nəqliyyat və logistika, sənaye, tikinti, turizm və aqrar sektorların inkişafı hesabına məşğulluq səviyyəsinin də 40 faizə yaxın artaraq 78 min nəfərə çatacağı gözlənilir.

Beləliklə, Orta Dəhlizin strateji əhəmiyyətli hissəsi olan Naxçıvan şəhəri 2044-cü ilədək daha böyük potensiala malik yaşayış məkanı kimi inkişaf edəcək. Şəhərin tarixi-mədəni irsini müasir şəhərsalma prinsipləri ilə uzlaşdıran yeni Baş Plan onun dayanıqlı, inklüziv və insanyönümlü regional mərkəz kimi inkişafının strateji əsasını formalaşdıracaq.

Bənzər Xəbərlər

Dünya

ABŞ İrana sanksiyaları qaldırmağı təklif edib?

Avqust 25, 2026
Siyasət

Azərbaycan Ordusunun Baş Qərargah rəisi Pakistan nümayəndə heyəti ilə görüşüb

Avqust 25, 2026
Former President Donald Trump waits for the start of proceedings in Manhattan criminal court, Tuesday, April 23, 2024, in New York. (AP Photo/Yuki Iwamura, Pool)
Xarici xəbərlər

Tramp: “İranda humanitar böhrana son verilməlidir”

Avqust 25, 2026
Dünya

Zelenski “Azov”un qurucusuna “Ukrayna Qəhrəmanı” adı verdi

Avqust 25, 2026
Dünya

“ABŞ İran iqtisadiyyatını boğmaq üçün Çinin əməkdaşlığına güvənir”

Avqust 25, 2026
Cəmiyyət

“XTQ Qəhrəmanlarının İrsi” düşərgəsi uğurla yekunlaşıb – FOTOLAR

Avqust 25, 2026

XƏBƏR LENTİ

İngilis dili kursunun açılış mərasimi keçirilib

25 Avqust, 26 / 18:23

Ramil Əliyev: “Aviabiletlərin əlçatan olması turist axınının artırılması üçün vacibdir”

25 Avqust, 26 / 18:13

Azərbaycanda 18 yaşadək ana olanların sayı açıqlanıb

25 Avqust, 26 / 18:11

ABŞ İrana sanksiyaları qaldırmağı təklif edib?

25 Avqust, 26 / 18:07

Azərbaycan Ordusunun Baş Qərargah rəisi Pakistan nümayəndə heyəti ilə görüşüb

25 Avqust, 26 / 18:05

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi tərəfindən yeni rəqəmsal QR Bələdçi platforması istifadəyə verilib

25 Avqust, 26 / 18:02

Mərkəzi Neftçilər Xəstəxanasında onlayn növbə sistemi istifadəyə verilib

25 Avqust, 26 / 17:57

Rusiya Pravoslav Kilsəsində hakimiyyəti tənqid etməməyə çağırış edilib

25 Avqust, 26 / 17:53

“Forrest Gump” işi: Mudranın müdafiəsi Mıkıtaşın üzərində qurulub

25 Avqust, 26 / 17:51

Lvova-Belovanı Putinə qarşı ifadə verməsi üçün qaçırmağa cəhd edildiyi iddia olunur

25 Avqust, 26 / 17:48

“Zefer” Media Qrupu Azərbaycanın ictimai, siyasi, sosial və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərləri də oxuculara çatdırır.

  • Haqqımızda
  • Media kodeks
  • Reklam
  • Əlaqə
  • Karyera
  • Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Zefer.media İnformasiya Portalı © 2026
design by Zefer Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

© 2026 Zefer Media İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2026 Zefer.media - İnformasiya Portalı.