• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Siyasət

İlham Əliyev Fələstinin Baş nazirini qəbul edib

16 İyul, 26 / 11:28
A A

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 16-da Fələstin Dövlətinin Baş naziri Məhəmməd Mustafanı qəbul edib.

Zefer.media xəbər verir ki, dövlətimizin başçısı Baş nazir Məhəmməd Mustafanın ölkəmizə səfərinin Azərbaycanla Fələstin arasında qardaşlıq münasibətlərinin gücləndirilməsinə töhfə verəcəyinə əminliyini bildirib.

Azərbaycan Prezidenti ölkəmizin paytaxtı Şərqi Qüds olmaqla, müstəqil və suveren Fələstin dövlətinin yaradılmasını dəstəklədiyini vurğulayıb.

Dövlətimizin başçısı ilə görüşməkdən şərəf hissi duyduğunu bildirən Məhəmməd Mustafa Fələstin Dövlətinin Prezidenti Mahmud Abbasın salamlarını Prezident İlham Əliyevə çatdırıb.

Dövlətimizin başçısı salamlara görə minnətdarlığını deyib, onun da salamlarını Mahmud Abbasa çatdırmağı xahiş edib. Prezident İlham Əliyev Mahmud Abbasın ölkəmizə səfərini, həmçinin beynəlxalq tədbirlər çərçivəsində onunla görüşlərini məmnunluqla xatırladıb.

Məhəmməd Mustafa Fələstində hazırda çətin vəziyyətin hökm sürdüyünü deyərək, bu durumdan dostların köməyi ilə çıxa biləcəklərinə ümidvarlığını ifadə etdi. Bu xüsusda o, Azərbaycanın Fələstinə göstərdiyi dəstəyə, həmçinin humanitar dəstək kimi Fələstində orta məktəbin tikintisi ilə bağlı niyyətə görə dövlətimizin başçısına minnətdarlığını bildirdi.

Söhbət zamanı Ramallah şəhərində Azərbaycanın Təmsilçilik Ofisinin açılması, Fələstinin ölkəmizdəki səfirliyinin xərclərinin isə Azərbaycan dövləti tərəfindən qarşılanması ikitərəfli əlaqələrimizin yüksək səviyyədə olmasının göstəricisi kimi dəyərləndirildi.

Görüşdə 2013-cü ildə ölkəmizin ev sahibliyi etdiyi “İslam Maliyyə Təhlükəsizliyi Şəbəkəsinin yaradılmasına dair Konfrans”ın və “Qüds şəhərinin inkişaf etdirilməsi məqsədilə sektor planının maliyyələşdirilməsinə dair Donor ölkələrin Konfransı”nın nəticəsi olaraq Azərbaycanın Fələstinə 5 milyon dollar maliyyə yardımı etməsi xatırlanaraq, ölkəmizin, eyni zamanda, BMT-nin UNRWA təşkilatı vasitəsilə də Fələstinə yardım etdiyi vurğulandı.

“Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” hesabına 23, ümumilikdə isə 37 fələstinli tələbənin Azərbaycanda təhsil alması yüksək qiymətləndirildi.

Baş nazir bunlara görə dövlətimizin başçısına minnətdarlığını vurğulayıb.

Söhbət zamanı Fələstinin bəzi kənd təsərrüfatı məhsullarının ölkəmizə güzəştli şərtlərlə ixracı məsələsi müzakirə olundu, qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

Bənzər Xəbərlər

Siyasət

Türk dünyası yeni mərhələyə keçir - Politoloqdan açıqlama

İyul 31, 2026
Manşet

Baş nazir sərəncam imzaladı

İyul 31, 2026
Manşet

Çatalca bələdiyyəsinin sədri “Xüsusi Təyinatlıların Qaziləri, Şəhid Ailələri və Veteranları” İctimai Birliyinin ofisini ziyarət edib

İyul 31, 2026
Dünya

“Rusiya Ermənistan təchizatını asanlıqla əvəz edə bilər”

İyul 31, 2026
Siyasət

Çolpon-Ata şəhərində Azərbaycan və Mərkəzi Asiya ölkələrinin Dövlət Başçılarının qeyri-rəsmi görüşü keçirilib

İyul 31, 2026
Siyasət

Çolpon-Ata şəhərində Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın şərəfinə dövlət ziyafəti verilib

İyul 31, 2026

XƏBƏR LENTİ

Türk dünyası yeni mərhələyə keçir - Politoloqdan açıqlama

31 İyul, 26 / 18:53

150 balla qəbul mümkün olan ixtisaslar – Rəsmi

31 İyul, 26 / 16:41

Baş nazir sərəncam imzaladı

31 İyul, 26 / 16:38

Mərakeşdən İspaniyaya miqrant axını davam edir

31 İyul, 26 / 16:35

ABŞ və İsrail İrana qarşı mümkün quru blokadasını müzakirə edir

31 İyul, 26 / 16:26

Çatalca bələdiyyəsinin sədri “Xüsusi Təyinatlıların Qaziləri, Şəhid Ailələri və Veteranları” İctimai Birliyinin ofisini ziyarət edib

31 İyul, 26 / 16:07

Yeni müttəfiqlik mərhələsi: Azərbaycan və Qırğızıstanı hansı imkanlar gözləyir? – ŞƏRH

31 İyul, 26 / 15:31

Çin milli müdafiə və silahlı qüvvələrini modernləşdirməyi planlaşdırır

31 İyul, 26 / 14:21

“Rusiya Ermənistan təchizatını asanlıqla əvəz edə bilər”

31 İyul, 26 / 14:17

SEPAH: “Hörmüz boğazında iki tanker vurularaq saxlanılıb”

31 İyul, 26 / 14:13

“Zefer” Media Qrupu Azərbaycanın ictimai, siyasi, sosial və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərləri də oxuculara çatdırır.

  • Haqqımızda
  • Media kodeks
  • Reklam
  • Əlaqə
  • Karyera
  • Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Zefer.media İnformasiya Portalı © 2026
design by Zefer Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

© 2026 Zefer Media İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2026 Zefer.media - İnformasiya Portalı.