• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
23.2° Weather Columbus
$
1.7
€
1.9591
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Manşet

İlham Əliyev ABŞ Dövlət katibinin köməkçisini qəbul etdi

01 İyun, 26 / 15:58
A A

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 1-də ABŞ Dövlət katibinin iqtisadiyyat, enerji və biznes məsələləri üzrə köməkçisi Kaleb Orrun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Zefer.media xəbər verir ki, dövlətimizin başçısı Kaleb Orra “Bakı Enerji Həftəsi” çərçivəsində keçirilən sərgilərin və “Baku Energy Forum”un rəsmi açılış mərasimində iştirak etdiyinə görə təşəkkürünü bildirdi.

ABŞ Prezidenti Donald Trampın bu tədbirə məktub ünvanlamasını məmnunluqla vurğulayan Prezident İlham Əliyev bu yanaşmanın və tərəfdaşlığın çox yüksək qiymətləndirildiyini bildirdi, buna görə ABŞ dövlətinin başçısına minnətdarlığını ifadə etdi.

Son dövrlərdə ikitərəfli münasibətlərimizin uğurla inkişaf etdiyini deyən dövlətimizin başçısı Azərbaycanla ABŞ arasında imzalanmış Strateji Tərəfdaşlıq Xartiyasının, həmçinin bu Xartiya əsasında müxtəlif sahələr üzrə əməkdaşlığın inkişaf etdirilməsi üçün işçi qruplarının yaradılmasının əhəmiyyətinə toxundu, Azərbaycan-ABŞ İqtisadi Dialoqunun ilk iclasının keçiriləcəyini vurğuladı. Bu xüsusda Kaleb Orrun başçılıq etdiyi nümayəndə heyətinin ölkəmizə səfərinin əməkdaşlığın perspektivlərini müzakirə etmək baxımından yaxşı imkan yaratdığı bildirildi.

Dövlətimizin başçısı “Bakı Enerji Həftəsi” çərçivəsində imzalanan sənədlərin əhəmiyyətinə də toxundu.

Kaleb Orr ABŞ Prezidenti Donald Trampın və Dövlət katibi Marko Rubionun salamlarını Prezident İlham Əliyevə çatdırdı.

Dövlətimizin başçısı salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını Donald Trampa və Marko Rubioya çatdırmağı xahiş etdi.

Qonaq vurğuladı ki, Donald Trampın “Bakı Enerji Həftəsi”nə məktub ünvanlaması tədbirin Amerika Birləşmiş Ştatları üçün nə qədər önəmli olduğunu göstərir.

Kaleb Orr, eyni zamanda dedi ki, bu tədbir enerji bazarlarının vəziyyəti ilə bağlı müzakirələr aparmaq baxımından Prezident İlham Əliyevin liderlik rolunu nümayiş etdirir.

Söhbət zamanı “Bakı Enerji Həftəsi”nin qlobal enerji məsələləri barədə fikir mübadiləsi aparmaq, həmçinin dünyanın qabaqcıl enerji şirkətləri, dövlət qurumları, investorlar və sənaye mütəxəssisləri arasında əməkdaşlığın perspektivlərini müzakirə etmək üçün uğurlu platforma olduğu vurğulandı.

Görüşdə Azərbaycan-ABŞ əlaqələrinin hər iki ölkənin dövlət başçılarının səyləri nəticəsində yeni inkişaf mərhələsinə qədəm qoyduğu qeyd edildi.

Söhbət zamanı qarşılıqlı maraq doğuran məsələlər müzakirə olundu.

Bənzər Xəbərlər

Xarici xəbərlər

AİB ölkələrinin baş nazirləri hökumətlərarası şuranın iclasından sonra üç əsas sənəd imzaladılar

Avqust 7, 2026
Xarici xəbərlər

Paşinyan AİB iclasında: Ermənistanın Aİ-yə qoşulmaqdan başqa alternativi yoxdur

Avqust 7, 2026
Xarici xəbərlər

“AİB ərzaq özünütəminatını genişləndirməlidir”

Avqust 7, 2026
Dünya

Paşinyan: “AİB-in digər üzvləri ilə əməkdaşlığın gücləndirilməsi Ermənistan üçün prioritetdir”

Avqust 7, 2026
Manşet

Xəzərin etibarlı qalxanı: Azərbaycan Hərbi Dəniz Qüvvələri 108 yaşında 

Avqust 5, 2026
Xarici xəbərlər

Türkiyə və İranın təhlükəsizlik rəsmiləri görüşüblər

Avqust 5, 2026

XƏBƏR LENTİ

AİB ölkələrinin baş nazirləri hökumətlərarası şuranın iclasından sonra üç əsas sənəd imzaladılar

07 Avqust, 26 / 13:09

Paşinyan AİB iclasında: Ermənistanın Aİ-yə qoşulmaqdan başqa alternativi yoxdur

07 Avqust, 26 / 13:02

“AİB ərzaq özünütəminatını genişləndirməlidir”

07 Avqust, 26 / 12:57

Paşinyan: “AİB-in digər üzvləri ilə əməkdaşlığın gücləndirilməsi Ermənistan üçün prioritetdir”

07 Avqust, 26 / 12:54

Mişustin və Paşinyan Avrasiya Hökumətlərarası Şurasının iclasından əvvəl danışıblar

07 Avqust, 26 / 12:46

Bakının mərkəzində obyekt yanır: sakinlər təxliyə edildi

07 Avqust, 26 / 12:41

Husilər Səudiyyə Ərəbistanına zərbə endirdi: yaralananlar var

07 Avqust, 26 / 12:35

“Ümid edirik ki, bu qüvvədə qalacaq”

07 Avqust, 26 / 11:42

ABŞ Hörmüz boğazında nəzarətin İrana verilməsini rədd edib

07 Avqust, 26 / 11:24

Ukraynanın Kursk əməliyyatı zamanı 77 rusiyalı müddətli hərbçi həlak olub, 30-dan çoxu isə itkin düşüb

06 Avqust, 26 / 21:31

“Zefer” Media Qrupu Azərbaycanın ictimai, siyasi, sosial və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərləri də oxuculara çatdırır.

  • Haqqımızda
  • Media kodeks
  • Reklam
  • Əlaqə
  • Karyera
  • Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Zefer.media İnformasiya Portalı © 2026
design by Zefer Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

© 2026 Zefer Media İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2026 Zefer.media - İnformasiya Portalı.