Xarici xəbərlər

Fransada ilk dəfə insanda Şamonda virusu aşkarlanıb, xəstə ölüb

22 Oktyabr 2026, 18:341
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

Fransada ilk dəfə insanda kənd təsərrüfatı heyvanlarını əsasən yoluxduran Şamonda virusu aşkarlanıb. Virusa yoluxan xəstə həyatını itirib.

Zefer.media xarici mətbuata istinadən xəbər verir ki, əvvəllər bu virusun insanlara keçmədiyi hesab olunurdu. Lakin oktyabrın əvvəlində vəfat edən xəstədə virus Lion şəhərindəki xəstəxanada aşkarlanıb.

Kişi ağır immunçatışmazlığından əziyyət çəkib və başqa ciddi xəstəliklə əlaqədar müalicə alıb. İlkin ehtimala görə, o, Fransanın şərqində qansoran xırda ağcaqanadın dişləməsi nəticəsində yoluxmuş ola bilər.

Fransa rəsmiləri hesab edirlər ki, xəstədə yaranan beyin fəsadları, böyük ehtimalla, infeksiya ilə əlaqəli olub.

Bununla belə, mütəxəssislər hazırda ümumi əhali üçün təhlükənin müəyyən edilmədiyini vurğulayırlar. Araşdırmalar davam edir, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) və Avropa Xəstəliklərin Qarşısının Alınması və Nəzarəti Mərkəzi artıq məlumatlandırılıb.

Pərvin Hacıyeva

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600