Dünya

Fransa şəhərində ağcaqanadların “uçuşu” qadağan edilib

4 Sentyabr 2026, 13:302
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

Fransanın Sen-Jüst-Sen-Ramber kommunasının meri Olivye Joli şəhər üzərində pələng ağcaqanadlarının uçuşunu qadağan edən qərar imzalayıb.

Zefer.media “Minval”a istinadən xəbər verir ki, qərarı pozan “ağcaqanadların” məsuliyyətə cəlb olunacağı ilə bağlı xəbərdarlıq da edilib.

Mer qərarın simvolik xarakter daşıdığını və diqqəti ağcaqanad probleminə cəlb etmək məqsədi daşıdığını bildirib.

Yerli hakimiyyət orqanları ağcaqanadlarla mübarizəyə artıq 45 min avro xərcləyib. Bu çərçivədə tələlər, həmçinin quşlar və yarasalar üçün yuvalar quraşdırılıb.

Aytən Yalçınqızı

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600