• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
22° Weather Columbus
$
1.7
€
1.9528
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Siyasət

“Eyni ayda Ankarada həm NATO sammiti, həm də anti-NATO beynəlxalq konfransı keçirilib”

21 İyul, 26 / 14:05
A A

Doğru Pərinçəkin lideri olduğu Türkiyə Vətən Partiyasının təşəbbüsü ilə iyulun 18-i və 19-da Ankarada “Böyük Müharibənin Qarşısını Alacaq İttifaq” adlı beynəlxalq konfrans keçirilib. Yayılan xəbərlərə görə, konfransda 17 ölkədən nümayəndə heyəti iştirak edib. İştirakçı dövlətlər arasında Azərbaycanın da adı var. Konfrans iştirakçıları Rusiya, Türkiyə, Çin və İran arasında strateji ittifaq yaratmağa çağırıblar. Yekun bəyanatda dörd Avrasiya ölkəsindən ibarət ittifaq təhlükəsizliyi təmin etməyə və böyük qlobal müharibə təhlükəsinə qarşı çıxmağa qadir olan yeganə qüvvə kimi müəyyən edilib. Sənəddə ABŞ və İsrailin hərəkətləri, eləcə də İran, Ukrayna, Qəzza zolağı və Livan ətrafındakı vəziyyət genişmiqyaslı hərbi münaqişə təhlükəsinin əsas mənbələri kimi vurğulanıb.

Zefer.media xəbər verir ki, politoloq Elxan Şahinoğlu Doğu Pərinçəkin aylardır “dördlü ittifaq” ideyasının təbliğatıyla məşğul olduğunu deyir.

“Ona həmin işdə rusiyalı “avrasiyaçı” dostu, Ukraynaya qarşı işğalçı müharibənin əsas ideoloqu, “Azərbaycan, Qazaxıstan və digərləri Rusiyaya bağlı olmalıdırlar” deyən Aleksandr Duqin dəstək verir. Pərinçək-Duqin ikilsinin ideyası Türkiyə və Azərbaycanın maraqlarına ziddir. Azərbaycan qonşu dövlətlərlə normal münasibətlərin tərəfdarıdır, ancaq Rusiya və İrandakı indiki reallıqlar şəraitində ölkəmiz bu dövlətlərlə vahid siyasi blokda yer ala bilməz. Çünki, Türkiyəni Rusiya və İranla strateji müttəfiqliyə sürükləmək istəyən anlayış Cənubi Qafqaz ölkələrini təhlükə altına atır. Digər tərəfdən Ankara konfransında iştirak edənlərin əksəriyyətinin Krımın və Donbasın Rusiyaya aid olduğu qənaətinə gəlmək olar. Azərbaycan Ukraynanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləyir. Prezident İlham Əliyev ukraynalılara “işğalla barışmayın” deyərkən, işğalçının ünvanını göstərir. Ankarada iştirak edən konfrans iştirakçıları isə Cənubi Qafqaz ölkələrinə, o cümlədən Azərbaycana Rusiyanın işğalçı siyasətinə dəstək verməyi və anti-Amerika siyasəti yürütməyi məsləhət bilirlər. Bu Azərbaycanın milli və təhlükəsizlik maraqlarına ziddir”, – Politoloq qeyd edib.

Onun sözlərinə görə, beləcə,,bir ayın içində Ankarada, həm NATO sammiti, həm də anti-NATO beynəlxalq konfransı keçirilib:

“Ancaq orası da var ki, anti-NATO sammitinə də şərait yaradılıb, əks halda Türkiyənin paytaxtında “avrasiyaçıların” beynəlxalq konfransını keçirmək mümkün olmazdı, tədbirə az pul da xərclənməyib”.

Zərintac Mayisqızı 

Bənzər Xəbərlər

Gündəm

“İZ” layihəsi qəhrəmanların həyat hekayələrini rəqəmsal yaddaşa çevirəcək

Sentyabr 19, 2026
Gündəm

19–20 sentyabr Antiterror Əməliyyatı: Azərbaycanın suverenliyinin tam bərpası

Sentyabr 19, 2026
Gündəm

Qarabağda 23 saatlıq əməliyyatın hərbi sirri - CƏLİL XƏLİLOV

Sentyabr 18, 2026
Gündəm

General-mayor vəfat etdi

Sentyabr 18, 2026
Siyasət

Ermənistanın sülhpərvərliyi şübhə doğurur

Sentyabr 16, 2026
Manşet

BMT-nin Məcburi İtkindüşmələr üzrə Komitəsinin 31-ci sessiyası – Bəyanat

Sentyabr 15, 2026

XƏBƏR LENTİ

Media nümayəndələri toyda belə rəqs etdilər – VİDEO

20 Sentyabr, 26 / 16:36

“İZ” layihəsi qəhrəmanların həyat hekayələrini rəqəmsal yaddaşa çevirəcək

19 Sentyabr, 26 / 18:36

19–20 sentyabr Antiterror Əməliyyatı: Azərbaycanın suverenliyinin tam bərpası

19 Sentyabr, 26 / 13:01

Xankəndində dalğalanan üçrəngli bayrağmız milli qürurumuzu ifadə edir – Tənzilə Rüstəmxanlı

19 Sentyabr, 26 / 12:49

“DTX bu əməliyyatla bir daha sübut etdi ki, istənilən terror və təxribat cəhdinin qarşısı qətiyyətlə alınacaq”

18 Sentyabr, 26 / 20:25

Qarabağda 23 saatlıq əməliyyatın hərbi sirri - CƏLİL XƏLİLOV

18 Sentyabr, 26 / 19:29

Azərbaycan Türk Dünyasının inteqrasiyasında aparıcı qüvvə rolunda – Tənzilə Rüstəmxanlı

18 Sentyabr, 26 / 14:24

Təyyarədə iki sərnişin əlbəyaxa davaya çıxıb - VİDEO

18 Sentyabr, 26 / 13:32

Azərbaycan DTX 5 ölkədə antiterror əməliyyatı keçirib, 10 nəfər saxlanılıb

18 Sentyabr, 26 / 13:24

Zöder Almaniyada əmək qabiliyyətli gənc ukraynalıları ödənişlərin ləğv edilməsinə çağırıb

18 Sentyabr, 26 / 13:00

“Zefer” Media Qrupu Azərbaycanın ictimai, siyasi, sosial və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərləri də oxuculara çatdırır.

  • Haqqımızda
  • Media kodeks
  • Reklam
  • Əlaqə
  • Karyera
  • Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Zefer.media İnformasiya Portalı © 2026
design by Zefer Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

© 2026 Zefer Media İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2026 Zefer.media - İnformasiya Portalı.