Dünya

Ermənistan qırıcıları İranın “Yasin” bombaları ilə təchiz edilib

1 İyul 2026, 13:221
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

Ermənistan Hərbi Hava Qüvvələrinə məxsus Su-30SM qırıcıları İran istehsalı “Yasin” idarə olunan bombaları ilə təchiz olunub.

Zefer.media xəbər verir ki, bu haqda “Defa Press” məlumat yayıb.

Ötən günlərdə İrəvanda keçirilən hərbi paradda İranın “Yasin” idarə olunan bombaları ilə təchiz olunmuş Su-30SM qırıcıları nümayiş etdirilib. Nəşr bunu Ermənistan və İran arasında hərbi-texniki əməkdaşlığın genişlənməsinin göstəricisi kimi qiymətləndirib.

Bildirilir ki, Rusiya ilə münasibətlərin soyuması və Moskvanın Ukrayna müharibəsinə cəlb olunması fonunda Ermənistan Hindistan, Fransa, İran və digər ölkələrlə müdafiə sahəsində əməkdaşlığı genişləndirməyə çalışır.

Məlumata görə, “Yasin” idarə olunan bombası İran Aerokosmik Sənayesi Təşkilatı tərəfindən hazırlanıb. Təxminən 300 kilogram ağırlığında olan sursat 225 kg döyüş başlığı ilə təchiz edilib və peyk əsaslı idarəetmə sistemi ilə hədəfə yönləndirilir.

Zərintac Mayisqızı 

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600