• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
23.1° Weather Columbus
$
1.7
€
1.9627
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Siyasət

Erməni lobbisinin “hazır ssenari” strategiyası – Amerikadan ilk REAKSİYA

20 Fevral, 26 / 13:10
A A

Məlum olduğu kimi, fevralın 19-da xaricdə yaşayan bir neçə anti-milli ünsür aqressiv və təhrikedici formada Prezident İlham Əliyevin qaldığı hotelin qarşısında təxribat törətməyə çalışıblar. Onlar kifayət qədər qeyri-etik davranışları ilə diqqəti cəlb edərək və öz mənəviyyatlarına uyğun ifadələr işlədərək təhlükəsizlik kordonunu yarmağa və zorla hotelə daxil olmağa cəhd göstəriblər.

Məsələ ilə bağlı Amerikalı təhlükəsizlik üzrə ekspert İrina Tsukerman açıqlama verib.

O, hadisənin arxasındakı ABŞ-dakı ən böyük erməni lobbi təşkilatı olan – ANCA-nın dayandığını bildirib:

“ANCA belə bir addımı atmaqla Azərbaycan əleyhinə rəsmi təzyiqə, reputasiya zədələnməsinə və Konqres səviyyəsində addımlara çevrilə biləcək situasiyalar yaratmağa çalışır. ANCA illərdir ABŞ-ın Cənubi Qafqaz siyasətini daxili siyasi mübarizə meydanına çevirən bir siyasi mexanizm qurmağı hədəfləyir.

Bu mexanizmin üç sabit xüsusiyyəti var: Azərbaycan haqqında sadələşdirilmiş mənəvi narrativ irəli sürmək, həmin narrativə uyğun media üçün cəlbedici hadisələr yaratmaq və ya onlardan istifadə etmək, daha sonra isə bu hadisələri konqresmenlər və hakimiyyət kanalları vasitəsilə yaymaq”.

Tsukerman qeyd edib ki, Vaşinqton təxribatında ANCA üçün ideal ssenari əvvəlcədən qurulmuş hekayəni gücləndirə biləcək “fiziki müdaxilə” görüntüsü yaratmaq idi:

“Xarici ölkə liderinin mühafizə xidmətinin ABŞ paytaxtında insidentə cəlb olunması cəhdi bu planın tərkib hissəsidir. Təxribatın mexanizmi yaxınlaşma və insident yaratmaqdır. Çünki mühafizəçilərin fiziki müdaxilə etməsi ən çox belə məqamlarda baş verir. Nəticədə, onlar adi toxunuşu belə “nümayişçilərə hücum” şəkilində tirajlamağa başlayırlar”.

Ekspert əlavə edib ki, toqquşmadan sonra ANCA-nın sürətli reaksiyası təsadüfi deyil.

Onun sözlərinə görə, belə məqamda və belə məkanda qarşıdurma yaratmaq planlı strategiyanın tərkib hissəsidir. Sürətli reaksiya isə informasiyanı “kilidləmək” üsuludur.

Yəni ilk yüksək səslə deyilən versiya hadisəyə baxış üçün əsas çərçivəni formalaşdırmaq cəhdidir:

“Onlar dərhal reaksiya verərək, hadisəni “mühafizəçilər dinc etirazçılara hücum etdi” kimi tirajlayırlar. Çünki sonrakı açıqlamalar, hadisənin əslində necə baş verməsi ilə bağlı faktlar artıq oxucular tərəfindən bəhanə kimi qəbul edilir, onlar ilk versiyanı doğru hesab edirlər.

Ekspert vurğulayıb ki, illərlə formalaşmış və sürətli səfərbərlik təcrübəsinə malik şəbəkə məhz belə situasiyalarda xüsusilə təsirli olur. Bu şəbəkə qısa müddətdə sosial medianı eyni tezislərlə doldura, jurnalistlərə hazır mətn və arqumentlər təqdim edə bilir.

İ.Tsukermanın fikrincə, ANCA-nın keçmiş fəaliyyəti də onun niyə bu qədər sürətli hərəkət etdiyini göstərir. Təşkilat illərdir münaqişə xarakterli epizodları Konqres səviyyəsində siyasi təzyiq alətinə çevirən sistem qurub. Məqsəd isə Bakı-Vaşinqton münasibətlərini zəiflətmək və Azərbaycanın Vaşinqtondakı təsir imkanlarını məhdudlaşdırmaqdır”. (Bizim.media)

Bənzər Xəbərlər

Siyasət

Ermənistanın sülhpərvərliyi şübhə doğurur

Sentyabr 16, 2026
Banner

Türkiyə Prezidentinin köməkçisi Azərbaycanı nüfuzlu qlobal oyunçu kimi qiymətləndirib

Sentyabr 15, 2026
Siyasət

“Prezident İlham Əliyevin Qarabağ Dirçəliş Fondu ilə bağlı bu addımı hər bir azərbaycanlıya nümunədir”

Sentyabr 15, 2026
Xarici xəbərlər

Bəqayi: “İranın Səudiyyə Ərəbistanının neft kəmərinə hücumda əli yoxdur”

Sentyabr 14, 2026
Siyasət

Azərbaycanla İordaniya arasında viza rejimi ləğv edilir

Sentyabr 14, 2026
Siyasət

Azərbaycanla Slovakiya məxfi məlumatın mübadiləsi və qarşılıqlı mühafizəsini həyata keçirəcək

Sentyabr 14, 2026

XƏBƏR LENTİ

Azərbaycanın diplomatik strategiyası: faktlar olduğu kimi

16 Sentyabr, 26 / 10:55

Ermənistanın sülhpərvərliyi şübhə doğurur

16 Sentyabr, 26 / 10:44

Montrödə “Rast”, yaddaşımda Şuşa, bir də “Təbrizin küçələri dolanbadolan”

15 Sentyabr, 26 / 20:19

BMT-nin Məcburi İtkindüşmələr üzrə Komitəsinin 31-ci sessiyası – Bəyanat

15 Sentyabr, 26 / 20:15

Türkiyə Prezidentinin köməkçisi Azərbaycanı nüfuzlu qlobal oyunçu kimi qiymətləndirib

15 Sentyabr, 26 / 18:56

“Prezident İlham Əliyevin Qarabağ Dirçəliş Fondu ilə bağlı bu addımı hər bir azərbaycanlıya nümunədir”

15 Sentyabr, 26 / 16:00

İşğaldan azad edilmiş ərazilərdə ilk dəfə Bilik Günü keçirilir

15 Sentyabr, 26 / 11:38

15 sentyabr türk birliyinin tarixi zəfər günüdür

15 Sentyabr, 26 / 9:50

Veteranlar polkovnik Cəlil Xəlilovun rəhbərliyi ilə Bakıda “Türk şəhidliyi”ni ziyarət edib

14 Sentyabr, 26 / 17:39

BMT: Yəməndə münaqişənin şiddətlənməsi səbəbindən iki ayda 85 mindən çox insan evlərini tərk edib

14 Sentyabr, 26 / 16:33

“Zefer” Media Qrupu Azərbaycanın ictimai, siyasi, sosial və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərləri də oxuculara çatdırır.

  • Haqqımızda
  • Media kodeks
  • Reklam
  • Əlaqə
  • Karyera
  • Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Zefer.media İnformasiya Portalı © 2026
design by Zefer Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

© 2026 Zefer Media İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2026 Zefer.media - İnformasiya Portalı.