Siyasət

Əli Əsədov Fələstinin Baş naziri ilə görüşüb

16 İyul 2026, 17:332
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

Azərbaycanın Baş naziri Əli Əsədov ölkədə rəsmi səfərdə olan Fələstin Dövlətinin Baş naziri Məhəmməd Mustafa ilə görüşüb.

Zefer.media xəbər verir ki, bu barədə Nazirlər Kabineti məlumat yayıb.

Görüşdə Azərbaycanla Fələstin arasında dostluq və qarşılıqlı hörmətə əsaslanan münasibətlərin inkişaf etdiyi vurğulanıb, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın əhəmiyyəti qeyd edilib. Azərbaycanın Fələstin məsələsinin beynəlxalq hüquq və BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında həllini dəstəklədiyi bir daha bildirilib. Fələstin tərəfi Azərbaycanın siyasi və humanitar dəstəyinə görə təşəkkür edib. Həmçinin, iki ölkə arasında əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub.

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600