• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
12.7° Weather Columbus
$
1.7
€
1.9673
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Cəmiyyət

"Dahi şəxsiyyət Heydər Əliyevin əziz xatirəsi qəlbimizdə daim yaşayacaq" - Deputat  

15 İyun, 26 / 9:40
A A

15 iyun – Milli Qurtuluş Günüdür.  

Azərbaycan xalqının Milli Qurtuluş Günü ölkəmizin tarixində dövlətçiliyin qorunması və möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyətə malikdir. 1993 – cü ilin 15 iyun tarixində Ulu Öndər Heydər Əliyevin Azərbaycan Respublikasının Ali Sovetinin Sədri seçilməsi ölkənin ictimai-siyasi həyatında dönüş nöqtəsi olub. 

 Azərbaycanın ictimai-siyasi xadimi, deputat Ceyhun Məmmədov Zefer.media-ya açıqlamasında deyib ki, Ümummilli liderimizin adı ilə bağlı olan bu gün Azərbaycan dövləti yaşadıqca millətin yaddaşında əbədi qalacaq:

 

“Müstəqilliyimizin bərpasından ötən illərə nəzər saldıqda bir daha əminliklə söyləmək olar ki, həqiqətən də, tarixin millətə verdiyi şansı yalnız görkəmli tarixi şəxsiyyətlərin iştirakı ilə reallaşdırmaq mümkündür. Dahi şəxsiyyətlər nadir hallarda yetişir və özləri tarix yaradırlar. Azərbaycan xalqının böyük və dahi oğlu, dünya şöhrətli siyasətçi Heydər Əliyev məhz tarix yaradan əvəzolunmaz şəxsiyyət idi. Müasir Azərbaycan tarixinin 34 illik bütöv bir epoxası, bu illərdə xalqımızın ictimai-siyasi, iqtisadi və mədəni həyatının bütün sahələrində inkişafı və dirçəlişi Heydər Əliyevin adı və fəaliyyəti ilə bağlıdır. Heydər Əliyev dönməz əqidəsi və tarixi uzaqgörənliyi sayəsində milli dövlətçilik ideyasının gerçəkləşdirilməsinə, müasir, müstəqil Azərbaycan dövlətinin qurulmasına və xalqımızın uzun illərdən bəri arzuladığı müstəqilliyinə çatmasına nail olub. Azərbaycanın bu gün müstəqil dövlət kimi mövcudluğu üçün Heydər Əliyevə borcluyuq.

1991- ci ilin oktyabrında öz dövlət müstəqilliyini ikinci dəfə qazanmış respublikamız 1993-cü ilin iyununa qədərki müddətdə böhran, xaos və anarxiya, çaxnaşmalarla qarşılaşmışdı, böhran son dərəcə kəskinləşib. Belə bir ağır və çıxılmaz vəziyyətdə Azərbaycanın əsl xilaskara ehtiyacı vardı. Artıq hamıya aydın idi ki, nə o vaxtkı iqtidar, nə də o dövrdə hakimiyyətə iddialı olan müxtəlif qüvvələr ölkəni düşdüyü sözügedən iflic vəziyyətdən çıxara bilməyəcək. Xalq öz fədakar oğlu Heydər Əliyevə müraciət etdi. Xalqımız yaxşı bilirdi ki, belə bir anda yalnız və yalnız Heydər Əliyev dühası milləti bu düşdüyü bəlalardan qurtara bilər. Xalq ayağa qalxdı və əldən getməkdə olan müstəqilliyinin nicatı üçün Heydər Əliyevi təkidlə Naxçıvandan Bakıya dəvət etdi. Xalqın çağırışına, taleyinə heç vaxt biganə olmayan ulu öndərimiz 1993-cü il iyunun 9-da respublika paytaxtına gəldi və iyunun 15-də Azərbaycan Respublikası Milli Məclisinin sessiyasında Ali Sovetin sədri seçildi. Heydər Əliyevin ölkə rəhbərliyinə bu böyük qayıdışı siyasi-iqtisadi böhran içində boğulan Azərbaycanı böyük fəlakətdən xilas etdi. Ölkədə tüğyan edən hərc-mərclik, vətəndaş müharibəsi, qeyri-qanuni fəaliyyət göstərən silahlı dəstələr və digər xoşagəlməz mənfi amillərin qarşısının alınması üçün öz həyatını belə böyük təhlükə altına ataraq bu hallara qarşı kəskin mübarizəyə başladı və qısa bir zaman kəsiyində bu neqativ ünsürlərin, özbaşınalığın qarşısını birdəfəlik aldı, qanunsuz silahlı dəstələr tərk-silah edildi. Azərbaycan parçalanıb məhv olmaq təhlükəsindən xilas olundu. Bu, böyük ürəkli, cəsarətli Vətən oğlunun öz milləti, öz Vətəni qarşısındakı misilsiz fədakarlığı idi. Həmin tarixi dövr xalqımızın taleyində dönüş anı, itirilmiş inamının qaytarılması, anarxiyadan sabitliyə və inkişafa doğru yeni bir mərhələ oldu. Azərbaycan Prezidenti cənab İlham Əliyev həmin dövrü belə xarakterizə edib: “Müstəqilliyimizin ilk illərindəki hərc-mərclik və xalqımızın maraqlarına zidd siyasət, iqtisadiyyatın zəiflədilməsi və milli sərvətlərin talan edilməsi dərin siyasi və iqtisadi-sosial böhranla nəticələndi. 1993-cü ilin iyun ayından ölkədə formalaşmağa başlayan yeni siyasi kurs vətəndaş müharibəsi təhlükəsini aradan qaldırdı, separatçılıq meyillərinə son qoyuldu və Heydər Əliyevin dövlət quruculuğu siyasətinin gerçəkləşməsinə gətirib çıxardı”.

 

Ceyhun Məmmədov vurğulayıb ki, Heydər Əliyev öz şərəfli və möhtəşəm fəaliyyəti ilə müasir, müstəqil Azərbaycan dövlətini yaradıb: 

 

“Azərbaycanı həmişə müstəqil, inkişaf etmiş dünya dövlətləri sırasında görmək istəyən Heydər Əliyev bu barədə deyib: “Azərbaycan xalqının tarixi nailiyyəti olan Azərbaycan Respublikasının dövlət müstəqilliyini özüm üçün əsas vəzifələrdən biri hesab edirəm. Heç kəsin şübhəsi olmasın ki, ömrümün bundan sonrakı hissəsini harada olursa-olsun, yalnız və yalnız Azərbaycan Respublikasının müstəqil dövlət kimi inkişaf etməsinə həsr edəcəyəm. Azərbaycan Respublikası bundan sonra da onun başına nə gəlirsə-gəlsin, müstəqilliyini itirməyəcək, yenidən heç bir dövlətin tərkibinə daxil olmayacaq, heç bir dövlətin əsarəti altına düşməyəcək. Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsi milli sərvətlərimizdən ölkənin və xalqın mənafeyinə uyğun olaraq istifadə olunmasında ulu öndər Heydər Əliyevin neft strategiyası mühüm əhəmiyyət daşıyır.

Ulu öndər hakimiyyətə qayıtdığı ilk gündən hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu məsələsini də daim diqqət mərkəzində saxlayaraq bu istiqamətdə mühüm islahatların reallaşdırılmasını təmin edib. Heydər Əliyev böyük siyasət ustadı olaraq hər bir fərdin maraq və mənafelərini təmin etmədən, ədalət meyarını qorumadan güclü dövlət yaratmağın mümkünsüzlüyünü hər zaman vurğulayıb, vətəndaşlara göstərilən hüquqi yardımın səviyyəsinin müntəzəm surətdə artırılmasının əsas təşəbbüskarı kimi çıxış edib. Ümummilli liderin rəhbərliyi altında hazırlanaraq 1995-ci ilin 12 noyabrında ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyası dövlətimizin tarixində hakimiyyət bölgüsü prinsipini, demokratik və dünyəvi dövlət quruculuğunun hüquqi əsaslarını, insan hüquq və azadlıqlarının qeyd-şərtsiz təmin olunmasının bünövrəsini qoyub. Azərbaycan demokratik, hüquqi, dünyəvi dövlət kimi ilk dəfə olaraq insan hüquqlarının prioritetliyini və hakimiyyət bölgüsünü özünün gələcək inkişaf yolu kimi seçib. 1995-ci ildə müstəqil Azərbaycanın parlamentinə keçirilən ilk seçkilər isə dövlət müstəqilliyinin möhkəmləndirilməsi prosesinin hüquqi bazasının yaradılmasına daha geniş imkanlar açıb. 1995-ci ildən Azərbaycanda aparılmış hüquqi islahatlar respublikada sabitliyin və inkişafın təməl prinsiplərini müəyyənləşdirib. Ulu Öndər ölkəmizin gələcək inkişaf istiqamətlərindən danışarkən bəyan edib: “Müstəqil Azərbaycan Respublikasının qarşısında duran əsas vəzifələrdən biri respublikanın dövlət quruculuğunu təşkil etməkdir. Bizim yolumuz aydındır, bunu dəfələrlə bəyan etmişik. Yolumuz demokratiya yoludur. Müstəqil Azərbaycanda demokratik, hüquqi dövlət qurulmalıdır. Azərbaycan dövləti demokratik prinsiplər əsasında fəaliyyət göstərməlidir, öz tarixi ənənələrindən bəhrələnərək, dünya demokratiyasından, ümumbəşəri dəyərlərdən səmərəli istifadə edərək demokratik dövlət quruculuğu yolu ilə getməlidir”.

 

Millət vəkilinin sözlərinə görə, dahi şəxsiyyət Heydər Əliyevin öz milləti və xalqı qarşısında ən böyük xidmətlərindən biri də özündən sonra onun iqtisadi-siyasi kursunu davam etdirə biləcək layiqli varis yetişdirməsidir: 

 

“O, 2003-cü ilin oktyabrında xalqa ünvanladığı tarixi müraciətində deyib: “İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”. Bu gün qürur hissi ilə söyləyə bilərik ki, dahi Heydər Əliyevin dediyi sözlər, cənab İlham Əliyevə bəslədiyi ümidlər özünü doğruldur. 2003-cü ildə böyük səs çoxluğu ilə Azərbaycan Prezidenti seçilən İlham Əliyev ötən 17 il ərzində ulu öndərin təməlini qoyduğu siyasi-iqtisadi kursunu qloballaşan dünyanın tələblərinə uyğun inam və ardıcıllıqla davam etdirir. Onun rəhbərliyi ilə Azərbaycan dünyada böyük nüfuza, iqtisadi gücə malik ölkə kimi tanınır. Ölkəmiz iqtisadi artım tempinə görə dünya ölkələri sırasında lider mövqedədir. “Mən hər bir azərbaycanlının Prezidenti olacağam”, — deyən cənab İlham Əliyev, doğrudan da, hər bir azərbaycanlının Prezidenti oldu. Prezident cənab İlham Əliyev ölkə rəhbərliyinə gəldiyi ilk gündən vurğulayıb ki, Azərbaycanda Heydər Əliyev siyasi-iqtisadi inkişaf kursu davam etdiriləcək. Çünki həmin kursa alternativ yoxdur, bu yüksək inkişaf və tərəqqi yoludur. Fəxrlə qeyd edirik ki, Azərbaycanda Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə əldə olunmuş uğurların miqyası olduqca böyükdür. Ötən  illər ərzində İlham Əliyevin rəhbərliyi ilə iqtisadiyyatın bütün sahələrində davamlı islahatlar aparılıb, beynəlxalq aləmdə ölkəmizin nüfuz və hörməti artıb, sosial məsələlərə diqqət artırılıb, demokratik inkişaf yolu ilə gedən Azərbaycanda bütün azadlıqlar təmin olunub. Bu gün Azərbaycan xalqı öz taleyinin və milli sərvətinin sahibidir.

Lakin cənab Prezidentin həyata keçirdiyi siyasi kursda ən əsas məsələ torpaqlarımızın erməni işğalından azad olunması, ərazi bütövlüyümüzün bərpası idi. O, həmişə qətiyyətlə bildirirdi ki, biz heç vaxt torpaqlarımızın işğalı ilə barışmayacağıq, torpağımızda ikinci erməni dövlətinin yaradılmasına imkan verməyəcəyik. Ölkə başçısı həmişə ifadə edirdi ki, biz münaqişəni danışıqlar, sülh yolu ilə həll etmək istəyirik, ancaq Ermənistan danışıqlarda konstruktiv mövqe tutmasa biz bu məsələni hərbi yolla həll edəcəyik. Bunun üçün Azərbaycan güclü orduya və iqtisadi gücə malikdir. 30 ilə yaxın bir müddətdə torpaqlarımızı işğal altında saxlayan erməni vandalları ərazilərimizi əbədi işğal altında saxlamaq istəyirdi və hətta yeni ərazilər ələ keçirmək iddiasında idilər. 2020-ci il sentyabrın 27-də erməni silahlı qüvvələri Tovuz rayonu, dövlət sərhədində yeni ərazilər zəbt etmək məqsədilə növbəti təxribata əl atdılar. Adıçəkilən təxribatın qarşısını Şanlı Ordumuz qətiyyətlə aldı və əks-hücum əməliyyatı keçirərək Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında cəmi 44 günə torpaqlarımız işğaldan azad olundu. Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə qazanılan şanlı qələbə Azərbaycanın çoxəsrlik tarixinə qızıl hərflərlə həkk olundu. Cənab Prezident İlham Əliyev bu barədə deyib ki, bizim Qələbəmiz tarixi Qələbədir: “Biz tarixi ədaləti bərpa etdik. Biz öz haqlarımızı bərpa etdik, biz şəhidlərimizin qanını aldıq, biz düşməndən qisas aldıq və qayıtmışıq. İndi bərpa işləri gedir və gedəcək. Mən demişəm, biz bu bölgəni-Qarabağı cənnətə çevirəcəyik. Artıq bütün göstərişlər verilib. Bütün işlər görülür, planlı şəkildə görüləcək və biz bundan sonra bu torpaqlarda əbədi yaşayacağıq. Heç kim bizi bundan sonra bu torpaqlardan tərpədə bilməz. Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!”

Vətən müharibəsi parlaq qələbəmizlə başa çatdıqdan sonra Azərbaycan Prezidenti, Ali Baş Komandan mütəmadi olaraq, tez-tez işğaldan azad edilmiş ərazilərimizə səfərlər edir və bu səfərlər çox zəngin və əhatəlidir. Belə ki, azad olunmuş ərazilərimizdə bərpa və yenidənqurma işləri aparılır, infrastruktur layihələri həyata keçirilir. Qarabağın dirçəlişinə aparan “Böyük Qayıdış” proqramının birinci mərhələsi işğal olunmuş ərazilərdə nəqliyyat infrastrukturunun yaradılmasıdır. Bu gün bütün sahələrdə əldə etdiyimiz uğurların əsasında ulu öndərin möhkəm təməlini qoyduğu iqtisadi-siyasi inkişaf strategiyası dayanır. Azərbaycana böyük uğurlar gətirən bu inkişaf, tərəqqi kursu bu gün Prezidentimiz cənab İlham Əliyev tərəfindən davam etdirilir. Azərbaycan daha da çiçəklənir, ölkəmiz yeni-yeni uğurlara imza atır. Dahi şəxsiyyət Heydər Əliyevin əziz xatirəsi qəlbimizdə daim yaşayacaq”.

Bəli, artıq Ümummilli Liderimizin və şəhidlərimizin ruhu şaddır. Onlar vətəni belə bütöv, uğurlu görmək üçün çalışıblar. Həmin zəhmət öz bəhrəsini yüksək səviyyədə verir…

 

Zərintac Mayisqızı 

Bənzər Xəbərlər

Dünya

“Trampın razılaşması bizi öhdəlik altına salmır”

İyun 15, 2026
Dünya

Zelenski ilə Tramp arasında telefon danışığı olub

İyun 15, 2026
Cəmiyyət

Ermənistana 490 ton buğda göndərilir

İyun 15, 2026
Manşet

Rəsmi Bakıdan ABŞ-İran razılaşmasına münasibət

İyun 15, 2026
Manşet

Türkmənistan prezidenti Azərbaycana gələcək

İyun 15, 2026
Cəmiyyət

15 iyun – Çingiz Mustafayevin anım günüdür

İyun 15, 2026

XƏBƏR LENTİ

Bakının 6 rayonunda avtomobil yolları təmir ediləcək

15 İyun, 26 / 13:03

“Trampın razılaşması bizi öhdəlik altına salmır”

15 İyun, 26 / 13:00

Zelenski ilə Tramp arasında telefon danışığı olub

15 İyun, 26 / 12:57

Türkiyənin “Gecə Muzeyləri” layihəsi üçüncü mövsümə başlayıb: 20 tarixi məkan ziyarətçiləri axşam saatlarında qəbul edəcək

15 İyun, 26 / 12:47

Şuşa Bəyannaməsi ortaq gələcəyin strateji yol xəritəsidir

15 İyun, 26 / 12:32

Ermənistana 490 ton buğda göndərilir

15 İyun, 26 / 12:09

Rəsmi Bakıdan ABŞ-İran razılaşmasına münasibət

15 İyun, 26 / 12:08

Türkmənistan prezidenti Azərbaycana gələcək

15 İyun, 26 / 12:07

Rusiyadan bu ölkəyə gecə uçuşları məhdudlaşdırdı

15 İyun, 26 / 12:05

15 iyun – Çingiz Mustafayevin anım günüdür

15 İyun, 26 / 12:03

“Zefer” Media Qrupu Azərbaycanın ictimai, siyasi, sosial və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərləri də oxuculara çatdırır.

  • Haqqımızda
  • Media kodeks
  • Reklam
  • Əlaqə
  • Karyera
  • Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Zefer.media İnformasiya Portalı © 2026
design by Zefer Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

© 2026 Zefer Media İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2026 Zefer.media - İnformasiya Portalı.