Cəmiyyət

Daha 41 nəfərə sosial reabilitasiya xidmətləri göstərilib

10 Avqust 2026, 16:243
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi bu il məişət zorakılığından zərər çəkmiş 41 nəfəri sosial reabilitasiya xidmətləri ilə təmin edib. Onlardan 25 nəfəri uşaqlardır.

Zefer.media xəbər verir ki, onlar Agentliyin müvafiq müəssisəsində 2021-ci ildən fəaliyyət göstərən Məişət zorakılığından zərər çəkmiş şəxslər üçün sosial reabilitasiya şöbəsində xidmətlərə cəlb olunublar.

Həmin şəxslərin sosial reabilitasiyası, sosial statuslarının bərpası ilə bağlı fərdi iş planı üzrə işlər aparılıb.

Qeyd şöbədə müasir tələblərə uyğun şəraitin yaradılıb və şöbəyə qəbul edilən şəxslər sosial-məişət, sosial-iqtisadi, sosial-psixoloji, tibbi-sosial, sosial-məsləhət yardımı xidmətləri ilə əhatə olunurlar.

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600