Siyasət

Ceyhun Bayramov Bişkekdə Arakçı ilə görüşdü

1 Sentyabr 2026, 12:145
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Bişkekdə İran İslam Respublikasının xarici işlər naziri Seyid Abbas Arakçı ilə görüşüb.

Zefer.media xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi X sosial media hesabında məlumat yayıb.

Qeyd olunub ki, nazirlər Azərbaycan–İran ikitərəfli münasibətlərinin cari vəziyyəti və inkişaf perspektivlərini, qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın genişləndirilməsini müzakirə ediblər.

Həmçinin regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Nazirlər müntəzəm yüksək səviyyəli dialoqun davam etdirilməsinin və iki ölkə arasında qarşılıqlı faydalı layihələrin irəlilədilməsinin vacibliyini vurğulayıblar.

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600