Cənubi Koreyanın Çonan şəhərində boya materialları istehsal edən zavodda yanğın baş verib. Hadisə nəticəsində 1 nəfər ölüb, 2 nəfərin isə taleyi məlum deyil. Məlumatı “Yonhap” agentliyi yayıb.
Zefer.media “Xinhua”ya istinadən xəbər verir ki, yanğın yerli vaxtla saat 11:44-də başlayıb. Hadisə Seuldan təxminən 85 kilometr cənubda yerləşən Çonan şəhərində baş verib.
Hadisə yerində bir nəfərin meyiti aşkarlanıb və yaxınlıqdakı xəstəxanaya aparılıb. İki əməkdaşın isə itkin düşdüyü bildirilir. Hazırda onların axtarışı davam etdirilir.
Zəhərli tüstünün yayılmağa başlamasından sonra şəhər rəhbərliyi fövqəladə xəbərdarlıq elan edib. Sakinlərə təhlükəsizliklərini prioritet hesab etmələri, sürücülərə isə ərazidən yan keçmələri tövsiyə olunub.
Aytən Yalçınqızı

















