Nağdsız ödənişlərin aparılması tələb olunan fəaliyyətlərə kraudfandinq münasibətləri də əlavə olunur.
Zefer.media Sfera.az-a istinadən xəbər verir ki, bununla bağlı “Nağdsız hesablaşmalar haqqında” qanuna dəyişiklik təklif edilir.
“Kraudfandinq haqqında” qanunla müəyyən edilmiş ödənişlər nağdsız aparılmalıdır.
Qanun layihəsi səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.

















