• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
21.5° Weather Columbus
$
1.7
€
1.9474
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Manşet

Bu, Moskvanın Pekinə ismarıcı kimi qiymətləndirilə bilər - Elxan Şahinoğlu 

22 İyun, 26 / 14:28
A A

“Rusiya Prezidenti Vladimir Putin heç nə olmamış kimi, ölkə ərazisində beynəlxalq forumlar keçirməyə və bu tədbirlərdə əməkdaşlıq barədə nitqlər söyləməyə davam edir. Halbuki, işğalçı müharibə aparan Rusiya ilə əməkdaşlıq imkanları geniş deyil”.

Zefer.media xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu bildirib.

Belə ki, növbəti forum iyunun 17-19 tarixində Tatarıstan paytaxtı Kazanda keçirilib. Bu dəfə Rusiyada ASEAN sammiti (Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyası) təşkil olunub. Sammitdə Bruney, Vyetnam, İndoneziya, Kamboca, Laos, Malayziya, Myanma, Sinqapur, Tailand, Filippin, Şərqi Timor kimi ölkələrin rəsmiləri iştirak edib. Sammit keçirilərkən, Ukrayna dronları Moskvda yanacaq mərkəzlərinə zərbələr endirirdi. Putin sammitdəki çıxışında müharibə mövzusuna toxunmayıb.

Elxan Şahinoğlunun sözlərinə görə Rusiya Prezidenti Ukrayna dronlarının zərbələrini və ilhaq olunan Krımın yanacaq böhranı ilə üzləşməsini görməzlikdən gəlir:

“Vladimir Putin sammitdən əvvəl Kazanda Türkiyənin xarici işlər naziri Hakan Fidanla görüşüb. Hakan Fidan Vladimir Putinlə görüşdən bir gün əvvəl rusiyalı həmkarı Sergey Lavrovla Moskvada müxtəlif mövzuları müzakirə edib. Hakan Fidan Lavrovla yanaşı Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu ilə də danışıqlar aparıb.

Sankt-Peterburqda və Kazanda keçirilən forumlar Ukraynaya qarşı işğalçı müharibə aparan Rusiyanın beynəlxalq aləmdən tam izolyasiya olunmamasına dəlalət etməlidir. Kremlin məqsədi budur. Putin Kazandan əvvəl Sankt-Peterburqda keçirilən iqtisadi forumda iştirak etmişdi. Sankt-Peterburqda forum keçirilərkən Ukrayna dronları sözügedən şəhərin yanacaq mərkəzlərinə zərbələr endirirdi. Putin Kazanda keçirilən forum çərçivəsində Asiya ölkələrinin bir neçə lideri ilə görüşüb. Rusiya Prezidenti Kazan forumunda ASEAN-a daxil olan ölkələrin aparıcı biznes nümayəndələrinin iştirakını da fəxrlə bildirib”.

Elxan Şahinoğlu qeyd edib ki, Kazandakı sammit Pekinin diqqətini çəkib:

“Sammitə Filippin Prezidenti Ferdinand Markos da qatılıb və o Putinlə ikitərəfli görüş keçirib. Pekin Filippin Prezidentinin Kazana səfərindən və Putinlə görüşündən narahat olub. Çünki, Çinlə Filippin arasında münasibətlər gərgindir. Çin və Filippin arasındakı münasibətlər Cənubi Çin dənizindəki qarşıdurma səbəbindən gərginləşib. Çinlə Filippinin hərbi gəmiləri arasında tez-tez atışmalar olur. Təsadüfi deyil ki, Çin Filippinin müdafiə nazirinə qarşı sanksiya tətbiq edib. Nazir və onun ailə üzvlərinin Çin Respublikasına girişi qadağan olunub. Münasibətləri gərginləşdirən digər amil Çinin dənizdə Filippin sahillərinə yaxın sularda mobil platformalar yerləşdirməsidir. Filippin hesab edir ki, Çin mobil platformalar vasitəsilə Cənubi Çin dənizində süni adalar yaratmağa çalışır.

Vladimir Putinin Filippin Prezidenti ilə görüşü və onunla müzakirə aparması Moskvanın Pekinə ismarıcı kimi qiymətləndirilə bilər. Moskva Pekinin strateji tərəfdaş sayılsa da, Kreml Çinin Ukrayna müharibəsi fonunda Rusiyaya kifayət qədər dəstək verməməsindən narazıdır. Digər tərəfdən Çin Rusiyadan neft və qaz alışını şaxələndirir və enerji daşıyıcılarını ucuz qiymətə alır. Həmin amil də Kremlin xoşuna gəlmir. Digər tərəfdən Kreml Pekinin Brüssel və Vaşinqtonla artan dialoqunu narahatlıqla izləyir. Belə olan halda Kreml də Pekinin regional rəqibləri ilə dialoqu genişləndirməyə qərar verib”.

Zərintac Mayisqızı 

Bənzər Xəbərlər

Dünya

Pezeşkian bu ölkəyə gedir

İyun 22, 2026
Manşet

Azərbaycan və Türkmənistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər

İyun 22, 2026
Manşet

Azərbaycan-Türkmənistan sənədləri mübadilə olunub

İyun 22, 2026
Cəmiyyət

Bəzi çimərliklərdə dəniz suyundan istifadə müvəqqəti məhdudlaşdırılıb

İyun 22, 2026
Manşet

Sahibə Qafarova Xameneyinin vida mərasimində iştirak edəcək

İyun 22, 2026
Dünya

ABŞ-İran dialoqunun pərdəarxası görüntüləri ortaya çıxdı

İyun 22, 2026

XƏBƏR LENTİ

Regionlara gedən sərnişin qatarları Dərnəgüldə də dayanır

22 İyun, 26 / 14:57

Pezeşkian bu ölkəyə gedir

22 İyun, 26 / 14:50

Kir Starmer istefa verdiyini açıqladı

22 İyun, 26 / 14:43

Gümrüdən Moskvaya uçan təyyarə təcili eniş etdi – Səbəb

22 İyun, 26 / 14:39

Bu, Moskvanın Pekinə ismarıcı kimi qiymətləndirilə bilər - Elxan Şahinoğlu 

22 İyun, 26 / 14:28

Türkiyə dayanıqlı turizmlə yeni səyahət mədəniyyəti formalaşdırır

22 İyun, 26 / 14:19

Azərbaycan və Türkmənistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər

22 İyun, 26 / 13:58

Azərbaycan-Türkmənistan sənədləri mübadilə olunub

22 İyun, 26 / 13:57

“Son 24 saat ərzində Moskva yaxınlığında 84 Ukrayna pilotsuz təyyarəsini vurduq”

22 İyun, 26 / 13:54

İran–ABŞ danışıqlarının növbəti mərhələsi başlayır

22 İyun, 26 / 13:49

“Zefer” Media Qrupu Azərbaycanın ictimai, siyasi, sosial və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərləri də oxuculara çatdırır.

  • Haqqımızda
  • Media kodeks
  • Reklam
  • Əlaqə
  • Karyera
  • Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Zefer.media İnformasiya Portalı © 2026
design by Zefer Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

© 2026 Zefer Media İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2026 Zefer.media - İnformasiya Portalı.