Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu, arabir tutulacağı və əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gün ərzində bəzi yerlərdə fasilələrlə yağış yağacağı ehtimal olunur. Yarımadanın ayrı-ayrı yerlərində yağışın qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimalı var.
Zefer.media xəbər verir ki, havanın temperaturu gecə 20-23°, gündüz 28-32°, axşam isə 26° isti olacaq.
Azərbaycanın rayonlarında bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağışın leysan xarakterli və intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var.
Havanın temperaturu gecə 18-23°, gündüz 30-34° isti olacaq. Dağlarda gecə 12-17°, gündüz isə 18-23° isti təşkil edəcək.

















