Cəmiyyət

Bu ərazilərdə işıq kəsiləcək

17 Fevral 2026, 10:002
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

Fevralın 17-də Biləsuvar Elektrik Şəbəkəsinin (EŞ) ərazisində 110/35/10 kV-luq “Biləsuvar” yarımstansiyasından çıxan 10 kV-luq 7 saylı hava xəttində təmir işləri həyata keçiriləcək.

Zefer.media xəbər verir ki, bu barədə “Azərişıq” ASC məlumat yayıb.

Bununla əlaqədar olaraq saat 11:00-dan 13:00-dək Xırmandalı kəndi ərazisində elektrik enerjisinin verilişində fasilə yaranacaq.

Həmçinin Lənkəran EŞ ərazisində 110/35/10 kV-luq “Lənkəran-2” yarımstansiyasından çıxan 10 kV-luq 6 saylı şəhər xətti boyunca ağac budanması və təmir işləri aparılacaq. Buna görə də saat 10:00-dan 13:00-dək şəhər ərazisində Heydər Əliyev prospekti, Paşa Təhməzov, Anar Mahmudov, Balaməmməd, Məhəmməd Əmin Rəsulzadə, Şirəli Axundov, Sahil küçələrində elektrik enerjisinin verilişində məhdudiyyət olacaq.

Lerik EŞ ərazisində 110/35/10 kV-luq “Lənkəran-1” yarımstansiyasından çıxan “Hamarat” hava xəttində təmir işləri aparılacaq. Bununla əlaqədar olaraq saat 10:00-dan 12:00-dək Biləsər, Hamarat, Rvarud, Siyov, Veri kənlərində elektrik enerjisinin verilişində fasilə yaranacaq.

Təmir və ağac budanması işləri yekunlaşdıqdan sonra sözügedən ərazilər keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600