Banner

BTQ-nin istismara verilmə mərasimi keçirilir

2 İyun 2026, 14:256
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

Gürcüstanda Axalkalaki stansiyasında Bakı-Tiflis-Qars dəmir yolu xəttinin modernləşdirilmədən sonra rəsmi istismara verilmə mərasimi keçirilir.

Zefer.media APA-ya istinadən xəbər verir ki, tədbirdə Gürcüstanın Baş naziri İrakli Kobaxidze, iqtisadiyyat və dayanıqlı inkişaf naziri Mariam Kvrivişvili, Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulqadir Uraloğlu və digər rəsmi şəxslər iştirak edirlər.

Azərbaycanı mərasimdə rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev, “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Rövşən Rüstəmov təmsil edir.

Qeyd edək ki, BTQ dəmir yolu xətti 2017-ci ilin oktyabrın 30-da yük daşımaları üçün test rejimində istismara verilib.

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600