BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarı Folker Türk 2025-ci ilin oktyabrında atəşkəs qüvvəyə mindikdən sonra Qəzza zolağında İsrailin hücumları nəticəsində 1300-dən çox fələstinlinin öldüyünü bildirib.
Zefer.media “Minval”a istinadən xəbər verir ki, Türk Qəzzaya humanitar yardımın gətirilməsinə qoyulan məhdudiyyətlərdən, İsrail rəsmilərinin Qəzza sakinlərinin məcburi köçürülməsi ilə bağlı bəyanatlarından və İordan çayının Qərb sahilində davam edən ilhaq prosesindən ciddi narahatlığını ifadə edib.
BMT rəsmisi dünya ölkələrini beynəlxalq hüququn pozulmasında istifadə oluna biləcək silahların ixracını dayandırmağa çağırıb.
Aytən Yalçınqızı

















