• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
14.8° Weather Ashburn
$
1.7
€
1.995
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Cəmiyyət

Birinci sinfə gedən uşaqların adaptasiya prosesini necə asanlaşdırmaq olar ? - AÇIQLAMA

07 May, 26 / 15:30
A A

Məktəbə hazırlıq və adaptasiya dövrü uşağın həyatında ən kritik keçid mərhələlərindən biridir. Bu proses sadəcə parta arxasında oturmaq deyil, həm də uşağın valideynindən ayrılıb fərdi bir fərd kimi sosial mühitə daxil olmasıdır. Psixoloji baxımdan qeyd edilən dövr “məktəb yetkinliyi” adlanır və uşağın həm emosional, həm də koqnitiv şəkildə həmin yükü daşımağa hazır olması lazımdır. Adaptasiyanın uğurlu keçməsi uşağın gələcək illərdəki təhsil həvəsinə və özünəinamına birbaşa təsir göstərir.

Uşağın məktəbə psixoloji olaraq hazırlığı barədə Zefer.media – ya açıqlama verən uşaq psixoloqu Leyla Hacıyeva valideyn və müəllimlərin bu məsələdə rolunun nə qədər vacib olduğuna və diqqət yetirilməli məqamlara toxunub :

“Ailəsindən ilk dəfə ayrılan uşaqlar üçün məktəbə adaptasiya dövründə stress yaşamaq tamamilə təbii haldır. Çünki bu mərhələdə uşaq yeni bir mühitə daxil olur, yeni müəllim və sinif yoldaşları ilə tanış olur, həmçinin onun üçün əvvəl tanış olmayan qaydalarla qarşılaşır. Bütün bu dəyişikliklər uşağın emosional gərginlik yaşamasına səbəb ola bilər.

Bu dövrün daha rahat keçməsi və adaptasiya müddətinin qısalması üçün valideynlərin rolu olduqca vacibdir. Valideyn olaraq aşağıdakı məqamlara diqqət etmək məsləhət görülür:

1. Məktəb haqqında əvvəlcədən danışın

Məktəbə başlamazdan əvvəl evdə tez-tez məktəb mövzusunda söhbətlər aparın. Uşağa məktəbdə onu nələrin gözlədiyini sadə və pozitiv şəkildə izah edin. Öz məktəb xatirələrinizi bölüşmək də uşağın marağını və motivasiyasını artırır.

2. Məktəb mühiti ilə tanışlıq yaradın

İmkan varsa, məktəb açılmadan əvvəl bir neçə dəfə məktəbə gedin, sinif otağını və müəllimi uşağa tanıdın. Bu, uşağın mühitə alışmasını asanlaşdırır.

3. Məktəb alış-verişinə uşağı da cəlb edin

Dəftər, çanta və digər ləvazimatların alınması prosesində uşağın aktiv iştirak etməsinə şərait yaradın. Bu, məktəbə qarşı müsbət emosiyalar formalaşdırır.

4. Ayrılma prosesini düzgün idarə edin

Uşağı xəbərsiz şəkildə tərk etməyin. Əksinə, nə zaman gedəcəyinizi və nə vaxt geri qayıdacağınızı əvvəlcədən deyin. Qısa və sakit vidalaşma uşağın özünü daha güvənli hiss etməsinə kömək edir.

5. Öz emosiyalarınızı idarə edin

Valideynin narahatlığı uşağa birbaşa ötürülür. Siz nə qədər sakit və güvənli davransanız, uşaq da bir o qədər rahat olacaq.

6. Özünəxidmət bacarıqlarını inkişaf etdirin

Məktəbə başlamazdan əvvəl uşağın geyinmək, soyunmaq, tualetdən istifadə və yemək kimi əsas bacarıqları müstəqil şəkildə yerinə yetirməsi vacibdir.

Müəllim adaptasiya dövründə çox vacib fiqurdur:

* Empatik və səbirli olmalıdır.

* Uşağın hisslərini qəbul etməlidir (“Sən həyəcanlanırsan, bu normaldır”)

* Sabit və aydın qaydalar qoymalıdır

* Uşağa fərdi yanaşmalıdır

* Təhlükəsiz və dəstəkləyici mühit yaratmalıdır

Belə olduqda uşaq müəllimə güvənir və məktəbi təhlükəsiz yer kimi qəbul edir.

Psixoloq adaptasiya dövrünün müddətindən də danışıb:

“Adətən adaptasiya müddəti 2–8 həftə arasında olur. Bəzi uşaqlarda bu proses daha tez (1–2 həftə), bəzilərində isə 2–3 ay davam edə bilər. Bu, uşağın əvvəlki sosial təcrübəsindən (bağça, oyun qrupları və s.) və ailə dəstəyindən çox asılıdır.

Uşağın gündəlik rejimi onun psixoloji durumuna birbaşa təsir edir:

* Yuxu çatışmazlığı → əsəbilik, diqqət dağınıqlığı, ağlamağa meyil

* Düzgün qidalanmamaq → enerji azlığı, motivasiya düşməsi

* Stabil rejim → təhlükəsizlik hissi yaradır, stressi azaldır

Yəni uşaq nə qədər fiziki olaraq balanslıdırsa, yeni mühitə uyğunlaşması da o qədər asan olur”.

Psixoloq ünsiyyətdə çətinlik çəkən uşaqlara yanaşma yollarını belə izah edir:

” Utancaq və ya ünsiyyətdə çətinlik çəkən uşaqlarla bağlı bir neçə effektiv yanaşma tövsiyə edə bilərəm:

Rol oyunlarından istifadə

Ev şəraitində “məktəb” mövzusunda oyunlar quraraq müxtəlif sosial vəziyyətləri canlandırmaq faydalıdır. Məsələn, salamlaşma, müəllimə sual vermə və ya yeni dostla tanış olma kimi situasiyalar uşağa əvvəlcədən təcrübə qazandırır.

Müsbət davranışların gücləndirilməsi

Uşağın ən kiçik sosial addımlarını belə görmək və qeyd etmək vacibdir. Məsələn, “Bu gün sinif yoldaşınla danışmağın çox xoşuma gəldi” kimi ifadələr uşağın özünə inamını artırır.

Etiketləmədən uzaq durmaq

Uşağı “utancaq” kimi xarakterizə etmək əvəzinə, onun potensialını vurğulamaq və cəsarətləndirici ifadələr işlətmək daha doğru yanaşmadır”.

Pərvin Hacıyeva

Bənzər Xəbərlər

Banner

Litva Hərbi Akademiyasının nümayəndə heyəti Bakıya gəldi

May 11, 2026
Manşet

“Azərbaycanla razılaşmışıq ki, delimitasiya haradan davam etdirilsin”

May 11, 2026
Banner

90 yaşlı müəllimə Şərifə Məmmədovanın yubiley tədbiri keçirilib

May 11, 2026
Manşet

Paşinyan Moskvaya parada niyə gəlmədi? - Açıqlama

May 11, 2026
Banner

Heydər Əliyevin 103-cü ildönümü ilə bağlı Moldovada anım tədbiri keçirilib - FOTOLAR

May 11, 2026
Cəmiyyət

Rayonlarda güclü külək əsəcək – Sarı xəbərdarlıq

May 11, 2026

XƏBƏR LENTİ

Litva Hərbi Akademiyasının nümayəndə heyəti Bakıya gəldi

11 May, 26 / 19:10

“Azərbaycanla razılaşmışıq ki, delimitasiya haradan davam etdirilsin”

11 May, 26 / 19:07

90 yaşlı müəllimə Şərifə Məmmədovanın yubiley tədbiri keçirilib

11 May, 26 / 18:40

Paşinyan Moskvaya parada niyə gəlmədi? - Açıqlama

11 May, 26 / 17:53

“Müharibədə qazanılan qələbə diplomatiya ilə başa çatdırılmalıdır”

11 May, 26 / 17:08

Aİ hantavirus aşkarlandığı gəmidən vətəndaşları geri qaytarmaq üçün dörd uçuş təşkil etdi

11 May, 26 / 16:59

İran və Səudiyyə Ərəbistanı ABŞ ilə danışıqları müzakirə edib

11 May, 26 / 16:48

Qəzzada İsrailin dron və artilleriya hücumları səngimək bilmir

11 May, 26 / 16:45

Heydər Əliyevin 103-cü ildönümü ilə bağlı Moldovada anım tədbiri keçirilib - FOTOLAR

11 May, 26 / 15:43

Paşinyan hazırda Aİ və AİB arasında seçimlə bağlı referenduma ehtiyac görmür - Paşinyan

11 May, 26 / 15:25

“Zefer” Media Qrupu Azərbaycanın ictimai, siyasi, sosial və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərləri də oxuculara çatdırır.

  • Haqqımızda
  • Media kodeks
  • Reklam
  • Əlaqə
  • Karyera
  • Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Zefer.media İnformasiya Portalı © 2026
design by Zefer Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

© 2026 Zefer Media İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2026 Zefer.media - İnformasiya Portalı.