• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
8.6° Weather Ashburn
$
1.7
€
1.98
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Banner

Bir insanın formalaşmasında valideyn yoxsa müəllimin rolu daha çoxdur? - AÇIQLAMA

06 May, 26 / 15:46
A A

Son zamanlar məktəblilər arasında aqressiv davranışlar daha da artıb. Hətta uşaqlar, yeniyetmələr artıq cinayət əməlləri törədir. Bu problemlər cəmiyyətdə ciddi müzakirə mövzusudur. Kimiləri ailələri günahlandırır, bəziləri isə məktəbi, mühiti…

Bəs kimdir günahkar? Sadəcə ana-ataları qınamaq nə dərəcədə doğrudur? Şagird üçün məktəbdə “ikinci valideyn” sayılan müəllimin rolunu sadəcə dərs öyrətməklə məhdudlaşdırmaq düzgün yanaşmadır mı?

Psixoloq Aytən Ələkbərova Zefer.media-ya açıqlamasında deyib ki, bir insanın yetişməsi əlbəttə ilk ailə mühitindən başlayır:

“Ailədən sonra artıq sosial çevrəyə adaptasiyası üçün baxça, məktəb, ali təhsil ocaqları yaxud peşə təlimləri və sonda iş sisteminə keçir. Bəli, bunların hər biri zəncirvari davam edir. Əxlaq kodekslərini yavaş-yavaş, addım-addım öyrənirlər. Müşahidələrə görə 15 yaşda etdiyimizi 25-də etmirik. 25 yaşda düşündüyümüz kimi isə 40-da fikirləşmirik. Deyə bilmərik: “ana-ata tərbiyə verməyibsə, məktəb nə etsin? O da verməməlidir”. Biz əvvəllər görmüşük ki, evdə formalaşan hər hansı çatışmazlığımızı müəllim düzəldirdi. Söyləyirdi ki, “Bura məktəbdir yalnış hərəkət etmək olmaz”. O zamanlar kriminal şəxsiyyət tipləri bir məktəbdə 6-7 nəfər, yəni sayı çox olmazdı, hər 3-4 ildən bir rast gəlinirdi və bütün siniflərdə görməzdik. Lakin indiki dövrdə təəsüf ki, hər sinfin 4-5 şagirdindən kriminal şəxsiyyət tipin çıxır”.

Psixoloq əlavə edib ki, belə neqativ hallar uşaqların cəmiyyətdən, sosial platformalardan bəzi davranışları mənimsədikləri üçün yaşanır:

“Azyaşlı, yeniyetmə görür ki, yetkin, özünü çox ağıllı sayan bir şəxs nalayiq ifadələrlə canlılar açır, 1 milyondan artıq baxış toplayır, uşaq da elə zənn edir ki, normaldır. nələr deyir o da elə bilir bu normaldı. Müəllimlərimiz də sözügedən mənfi hallara qarşı təbliğat aparmalı, təlim-tərbiyə ilə məşğul olmalıdır. Ümumiyyətlə övladlar təkcə bizim yox, həm də zəmanənindir.

Müəllimin rolunu əsla kiçiltməyək. O qədər valideyni olmayan insanlar var ki, onu müəllim gözəl, yüksək səviyyədə cəmiyyətə bəxş edib. Gələcəkdə general, həkim, hərbçi, mühəndis və s. peşələrə yiyələniblər. Ailə elə bir yerdir ki, bəzən müəllimin icazə vermədiyinə ata-ana şərait yaradır. Amma müəllimin yanında məktəbli özünü yığışdırır və evdə hər etdiyini onun yanında edə bilmir”.

Zərintac Mayisqızı 

Bənzər Xəbərlər

Manşet

Hərbçilərimiz “düşməni” zərərsizləşdirdi

May 16, 2026
Manşet

İlham Əliyevin Qazaxıstana səfəri başa çatıb

May 15, 2026
Cəmiyyət

Bayram namazının vaxtı açıqlandı

May 15, 2026
Cəmiyyət

Bu nəqliyyat xidmətləri artıq istifadəyə verildi

May 15, 2026
Manşet

İsrail-İran qarşıdurmasının nəticəsi qlobal güc balansını dəyişə bilər? - Politoloq açıqladı 

May 15, 2026
Cəmiyyət

Qazaxıstanın dövlət qulluqçuları “ASAN xidmət” təcrübəsini öyrənirlər

May 15, 2026

XƏBƏR LENTİ

Hərbçilərimiz “düşməni” zərərsizləşdirdi

16 May, 26 / 11:13

İlham Əliyevin Qazaxıstana səfəri başa çatıb

15 May, 26 / 23:12

Professor Tofiq Rüstəmovun xatirəsi yad olunub

15 May, 26 / 20:52

Bayram namazının vaxtı açıqlandı

15 May, 26 / 20:33

Bu nəqliyyat xidmətləri artıq istifadəyə verildi

15 May, 26 / 20:32

Almaniyada Rusiyaya casusluq etməkdə şübhəli bilinən ukraynalı saxlanılıb

15 May, 26 / 19:34

Rusiya istənilən vaxt nüvə zərbəsi endirməyə qadirdir, amma burada bir nüans var - Budanov

15 May, 26 / 19:30

Rusiya və Ukrayna arasında “1000-ə 1000” mübadiləsi

15 May, 26 / 19:26

İsrail-İran qarşıdurmasının nəticəsi qlobal güc balansını dəyişə bilər? - Politoloq açıqladı 

15 May, 26 / 18:45

Bu ölkə İrana humanitar yardım göndərdi

15 May, 26 / 18:34

“Zefer” Media Qrupu Azərbaycanın ictimai, siyasi, sosial və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərləri də oxuculara çatdırır.

  • Haqqımızda
  • Media kodeks
  • Reklam
  • Əlaqə
  • Karyera
  • Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Zefer.media İnformasiya Portalı © 2026
design by Zefer Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

© 2026 Zefer Media İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2026 Zefer.media - İnformasiya Portalı.