Avqustun 3-də Bakının Hövsan qəsəbəsinin bəzi ərazilərində suyun verilişində fasilə yaranacaq.
Bu barədə Zefer.media-ya Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən məlumat verilib.
Bildirilib ki, buna səbəb magistral su xəttinin qəzalı hissəsində aparılan təmir-bərpa işləridir.
















