Cəmiyyət

Bakıda bu 2 avtobus yeniləndi

30 İyun 2026, 15:291
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

Bakının Ramana qəsəbəsinin “Şuşa şəhərciyi” yaşayış massivini Cəmşid Naxçıvanski küçəsi ilə əlaqələndirən 214 nömrəli və qəsəbənin Fərrux Qayıbov küçəsini “Koroğlu” NMM-lə əlaqələndirən 214A nömrəli şəhərətrafı avtobus marşrutları üzrə keçirilən müsabiqənin nəticəsinə əsasən, iyulun 1-dən yeni daşıyıcı xəttin istismarını həyata keçirəcək.

Zefer.media xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (RİNN) yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.

Məlumata əsasən, 214 nömrəli marşrut xəttində 15, 214A nömrəli marşrut xəttində isə 8 müasir, ekoloji cəhətdən təmiz CNG texnologiyası ilə təchiz olunan avtobus fəaliyyət göstərəcək.

Avtobuslarda ödəniş nağdsız qaydadadır. Gediş haqqı 0,65 AZN təşkil edəcək.

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600