• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
18.6° Weather Ashburn
$
1.7
€
1.9759
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Banner

Bakıda “5-ci İllik SƏTƏM Konfransı” keçirilib - FOTOLAR

26 Aprel, 26 / 19:45
A A

28 Aprel – Ümumdünya Əməyin Mühafizəsi Gününə həsr olunmuş “5-ci İllik SƏTƏM Konfransı” “Risk Menecment Peşəkarları” (RMP) İctimai Birliyi və İslam Əməkdaşlıq Təşkilatının Əmək Mərkəzinin birgə təşkilatçılığı ilə 25 aprel 2026-cı il tarixində “Radisson Hotel Baku”-da baş tutub.

Zefer.media xəbər verir ki, Azərbaycan və digər ölkələrdən SƏTƏM sahəsində fəaliyyət göstərən mütəxəssisləri bir araya gətirən bu konfransda SƏTƏM, Keyfiyyət və biznesin müxtəlif istiqamətləri üzrə aktual məsələlər müzakirə edilib.

SƏTƏM sahəsində qabaqcıl yanaşmaların təşviqi üçün əhəmiyyətli və mühüm rol oynayan bu konfransın əsas məqsədi əməyin mühafizəsi və sağlamlıq sahəsində maarifləndirməni artırmaq, qabaqcıl təcrübələrin mübadiləsinə təkan vermək, innovativ yanaşmaları ön plana çıxarmaq və bu sahədə həm yerli, həm də beynəlxalq səviyyədə əməkdaşlıq imkanlarını genişləndirməkdir.
Saat 09:00-dan 13:00-a qədər davam etmiş bu tədbirdə 170 nəfərdən çox yerli və xarici şirkət nümayəndələri ilə yanaşı ali təhsil müəssisələri də (AzTU, ADNSU, BDU, MAA, BANM, BSU, BMU, SDU və s.) aktiv iştirak edib.

Tədbirdə beynəlxalq səviyyədə SƏTƏM sahəsində uğurlu nailiyyətlər qazanmış IOSH (Böyük Britaniyanın Əməyin Mühafizəsi və Sağlamlıq İnstitutu) və AITT (Sənaye Yük Qaldırma Texnikası Təlimçiləri Assosiasiyası) akkreditasiya qurumları, ILO (Beynəlxalq Əmək Təşkilatı) və digər beynəlxalq təşkilatların iştirakı ilə maraqlı çıxışlar təqdim olunub.
Qanunvericilikdə olan son dəyişikliklər və digər istiqamətlər üzrə təcrübə mübadiləsinin aparılması məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti, Milli Məclis, SOCAR, AzTelekom və digər qurumların nümayəndələrinin iştirakı ilə sahənin peşəkar spikerlərinin çıxışları baş tutub.

Habelə, tədbir çərçivəsində SƏTƏM sahəsində çalışan mütəxəssislər üçün praktiki əhəmiyyət daşıyan “SƏTƏM – Mütəxəssis Bələdçisi” kitabının təqdimat mərasimi təşkil olunub.

Konfrans zamanı iştirakçılar üçün fərdi qaydada hazırlanmış sorğu və interaktiv yarışma keçirilib. Sonda isə yarışma zamanı ən uğurlu nəticə göstərən iştirakçılara mükafatlarla yanaşı sertifikatlar da təqdim edilib.

Eyni zamanda tədbir sonunda bütün iştirakçılara iştirak sertifikatı verilib.

Qeyd edək ki, RMP birliyi Azərbaycanda bu kimi tədbirlərin keçirilməsini SƏTƏM sahəsində qabaqcıl təcrübələrin paylaşılması və yerli-qlobal əməkdaşlıqların gücləndirilməsi məqsədilə həyata keçirir.

Lalə Qurbanlı
Qəmər Kazımzadə

 

Bənzər Xəbərlər

Cəmiyyət

Növbəti köç Şükürbəyli kəndinə çatdı

May 21, 2026
Manşet

Emmanuel Makron İlham Əliyevə zəng vurdu

May 21, 2026
Cəmiyyət

Uşağınız yaşıdlarından gec danışır? - Səbəblər və çıxış yolları

May 21, 2026
Cəmiyyət

Ağdaş rayonunda Aşağı Nemətabad Ailə Sağlamlıq Mərkəzinin açılışı olub

May 20, 2026
Cəmiyyət

Sərnişin qatarlarımız Naxçıvana qədər gedəcək – ADY

May 20, 2026
Manşet

Bakıda bu ərazilərə maşınların girişi qadağan edilir

May 20, 2026

XƏBƏR LENTİ

Növbəti köç Şükürbəyli kəndinə çatdı

21 May, 26 / 14:23

Emmanuel Makron İlham Əliyevə zəng vurdu

21 May, 26 / 14:21

İran mediasında Hörmüz boğazı ilə bağlı sərt çağırış

21 May, 26 / 14:19

Ermənistanda seçkiqabağı gərginlik davam edir

21 May, 26 / 12:59

Kobaxidze: Onlar Gürcüstan və Ermənistan arasında nifaq salmaqda müvəffəq olmayacaq

21 May, 26 / 12:44

Mirzoyan: Ermənistanın AİB-dən çıxarılması məsələsi bizim müraciətimiz olmadan müzakirə edilə bilməz

21 May, 26 / 12:41

Putin Pekindəki danışıqlarda əsas vəzifələrdən birini yerinə yetirə bilmədi?

21 May, 26 / 12:33

“Xameneyi bu üsulla sağ qalmağa çalışır”

21 May, 26 / 12:28

Merz Ukraynaya Aİ-də “assosiativ üzvlük” təklif edir – “Reuters”

21 May, 26 / 12:25

Stoltenberq: NATO ABŞ olmadan mövcud ola bilməz və Aİ-ni əvəz edə bilməz

21 May, 26 / 12:20

“Zefer” Media Qrupu Azərbaycanın ictimai, siyasi, sosial və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərləri də oxuculara çatdırır.

  • Haqqımızda
  • Media kodeks
  • Reklam
  • Əlaqə
  • Karyera
  • Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Zefer.media İnformasiya Portalı © 2026
design by Zefer Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

© 2026 Zefer Media İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2026 Zefer.media - İnformasiya Portalı.