• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
22° Weather Columbus
$
1.7
€
1.961
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Manşet

Bakı və Ankara İrəvanın prosesdən daha az zərərlə çıxmasına dəstək verə bilər - Siyasi şərhçi 

03 İyun, 26 / 13:01
A A

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Ermənistanın Baş naziri Nikol Paşinyan arasında telefon danışığı olub.

Bu barədə Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin “X” sosial şəbəkə hesabında məlumat paylaşılıb.

Məlumata görə, Nikol Paşinyan telefon danışığı zamanı Rəcəb Tayyib Ərdoğanı ötən Qurban bayramı münasibətilə təbrik edib. Söhbət zamanı həmçinin Türkiyə-Ermənistan ikitərəfli münasibətlərinin normallaşması prosesi və regional mövzular ətrafında fikir mübadiləsi aparılıb.

Siyasi şərhçi Asif Nərimanlı Zefer.media-ya bildirib ki, Paşinyanın seçkiyə bir neçə gün qalmış Ərdoğanla telefon danışığının arxa planında dayanan səbəblər maraqlıdır:

“Sözügedən zəng rəsmi Ankara üçün Ermənistan hakimiyyətinə dəstəyini nümayiş etdirmək, Paşinyan üçün isə seçki kampaniyasında irəli sürdüyü “sülh və normallaşma” proqramının praktiki icrası hesab oluna bilər.

Halbuki, Ərdoğanla danışmaq müxalifətin Paşinyanın əleyhinə apardığı “Türkiyə ilə münasibətlərin qurulması naminə “erməni soyqırımı”ndan imtina” təbliğatını gücləndirən amildir. Seçkiyə sayılı günlər qalmış bu təbliğatı əsaslandıran “arqumentin” verilməsi hakim partiyaya sərf etməsə də, Paşinyanı Ərdoğanla təmasa keçməyə məcbur edən amil Rusiyanın Ermənistana qarşı iqtisadi təsir rıçaqlarını aktivləşdirməsidir. Bu kontekstdə erməni baş nazirin Türkiyə liderindən iki mümkün istəyi ola bilər.

– Türkiyə ilə normallaşma prosesinin sürətləndirilməsi, sərhədlərin açılmasının tezləşdirilməsi;
– Ermənistan-Türkiyə ticarət əlaqələrinin genişləndirilməsi”.

 

Asif Nərimanlı Zefer.media

O əlavə edib ki, Rusiyanın təzyiqi Ermənistanı alternativ imkanlar axtarışına məcbur edir:

“İrəvanın xilası Avropa bazarına çıxış və Qərb investisiyasının axınını təmin etməkdir, hərçənd, Azərbaycanla sülh müqaviləsi imzalanmadan, Türkiyə ilə sərhədləri açmadan buna tam nail olmaq qeyri-mümkündür. Bu reallığı anlayan Ermənistan hakimiyyəti mövcud vəziyyətdə Bakı və Ankaranın timsalında regional alternativin yaradılması istiqamətində çalışır, xüsusilə Rusiyanın idxal qadağası qoyduğu məhsulların satışını müəyyən qədər də olsa, kompensasiya etmək baxımından.

Paşinyanın 7 iyundan öncə Ərdoğanla telefon söhbəti və ticarət əlaqələrini müzakirə etməsi də məhz seçkiyə hesablanıb. Çünki Rusiyanın erməni məhsullarına idxal qadağası qoyması Paşinyanı dəstəkləyən iş adamlarını tərəddüdə salıb, onlar eyni vəziyyətin seçkidən sonra da davam edəcəyindən narahatdırlar. Paşinyan iş adamlarının narahatlığını azaltmaq və seçki prosesində mümkün mövqe dəyişikliyini aradan qaldırmaq gedişi edir: Rusiyaya alternativ kimi Türkiyə bazarının açılacağını göstərir;

Paşinyan qalib gələcəyi təqdirdə Rusiyanın iqtisadi təzyiqi yumşalsa belə, Moskvanın maraqlarına zəmanətin əldə edilməsi məqsədilə müəyyən müddət davam edəcək. Azərbaycan və Türkiyə Ermənistanın prosesdən daha az zərərlə çıxmasına dəstək verə bilər. Bu, Bakı və Ankaranın regional planlarına uyğundur”.

Zərintac Mayisqızı 

Bənzər Xəbərlər

Manşet

Xəzərin etibarlı qalxanı: Azərbaycan Hərbi Dəniz Qüvvələri 108 yaşında 

Avqust 5, 2026
Xarici xəbərlər

Türkiyə və İranın təhlükəsizlik rəsmiləri görüşüblər

Avqust 5, 2026
Siyasət

Prezident İlham Əliyev fərman imzalayıb

Avqust 5, 2026
Siyasət

Pakistandan Azərbaycana təşəkkür

Avqust 5, 2026
Dünya

Burhanəddin Duran: Türkiyə NATO daxilində artan əhəmiyyətini güclü şəkildə nümayiş etdirib.

Avqust 5, 2026
Xarici xəbərlər

Tramp Zelenskinin “Patriot” raketləri ilə bağlı tələbini rədd etdi

Avqust 5, 2026

XƏBƏR LENTİ

Növbəti köç karvanları Xocavəndə çatıb, açarlar təqdim edilib

05 Avqust, 26 / 15:08

“Fox News”: “ABŞ-nin İrana hücum planı sızdırılıb”

05 Avqust, 26 / 14:54

Vladimir Tkaçukun avtomobili partladılıb

05 Avqust, 26 / 14:51

Xəzərin etibarlı qalxanı: Azərbaycan Hərbi Dəniz Qüvvələri 108 yaşında 

05 Avqust, 26 / 14:32

Türkiyə və İranın təhlükəsizlik rəsmiləri görüşüblər

05 Avqust, 26 / 14:25

Ədliyyə və DİN-dən birgə əməliyyat

05 Avqust, 26 / 14:22

Prezident İlham Əliyev fərman imzalayıb

05 Avqust, 26 / 14:19

Pakistandan Azərbaycana təşəkkür

05 Avqust, 26 / 14:18

Ukraynaya hərbi yardım çərçivəsində ən çox tankı bu ölkə göndərib

05 Avqust, 26 / 14:15

Burhanəddin Duran: Türkiyə NATO daxilində artan əhəmiyyətini güclü şəkildə nümayiş etdirib.

05 Avqust, 26 / 14:11

“Zefer” Media Qrupu Azərbaycanın ictimai, siyasi, sosial və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərləri də oxuculara çatdırır.

  • Haqqımızda
  • Media kodeks
  • Reklam
  • Əlaqə
  • Karyera
  • Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Zefer.media İnformasiya Portalı © 2026
design by Zefer Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

© 2026 Zefer Media İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2026 Zefer.media - İnformasiya Portalı.