İqtisadiyyat

Bakı Limanında konteyner daşımalarının həcmi 30 faiz artıb

14 Oktyabr 2026, 10:351
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

Bu ilin yanvar-sentyabr aylarında Bakı Limanında təxminən 100 min TEU həcmində konteyner daşınması həyata keçirilib.

“Azərbaycan Dəmir Yolları” QSC-dən Zefer.media– ya bildirilib ki, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə təxminən 30 faiz çoxdur. Belə ki, ötən ilin ilk 9 ayında limanda 77 min 300 TEU həcmində konteyner daşınıb. Cari ilin göstəricisi Bakı Limanı üçün növbəti rekord nəticədir.

Hesabat dövründə limanda aşırılmış ümumi yükün həcmi də artıb. Belə ki, ümumi yük həcmi 4 faiz artaraq 6,35 milyon tona, quru yükün həcmi isə 71 faiz artaraq 1,75 milyon tona çatıb.

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600