• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
$
1.7
€
1.9148
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Manşet

Bakı Hərbi Kolleci və Hərbi Tibb Fakültəsinin buraxılış mərasimi keçirilib

30 İyun, 26 / 17:33
A A

Milli Müdafiə Universitetinin (MMU) tabeliyində fəaliyyət göstərən Bakı Hərbi Kollecinin və Azərbaycan Tibb Universitetinin Hərbi Tibb Fakültəsinin “Hərbi Feldşer İşi” ixtisası üzrə məzunlarının buraxılış mərasimi keçirilib.

Zefer.media xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi (MN) məlumat yayıb.

MMU-nun rəhbərliyi, zabit, müəllim, kursant heyəti və digər qonaqların iştirak etdiyi tədbirdə Bakı Hərbi Kollecinin Döyüş bayrağı sıra meydanına gətirilib.

Tədbirdə çıxış edən MMU-nun rektoru general-mayor Gündüz Əbdülov Müdafiə Nazirliyinin rəhbərliyi adından məzunları təbrik edib. Azərbaycan Ordusunun regionun ən qüdrətli və müasir ordusu olduğunu qeyd edən rektor bu güc və qüdrəti qoruyub saxlamağın və inkişaf etdirməyin ordu quruculuğunun prioritet məsələsi olduğunu bildirib.

General-mayor G.Əbdülov Vətən müharibəsində qazanılan qələbənin müstəqil fəaliyyət göstərə bilən kiçik bölmələrin çevikliyindən və komandir heyətinin peşəkarlığından asılı olduğunu vurğulayıb.

Bu səbəbdən Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin 14 dekabr 2023-cü il tarixli Fərmanına əsasən Bakı, Gəncə və Naxçıvan Muxtar Respublikasında hərbi kolleclərin təsis edilməsinin böyük məqsədlərə xidmət edən tarixi əhəmiyyətli strateji addım olduğu xüsusi qeyd olunub.

Məzunlar adından çıxış edən kurs birinciləri təhsil müddətində yaradılan şəraitə görə ölkə, Müdafiə Nazirliyi və MMU rəhbərliyinə, eləcə də müəllim heyətinə minnətdarlıqlarını ifadə ediblər.

Buraxılış mərasiminin proqramına uyğun olaraq məzunlara və pedaqoji fəaliyyətində yüksək nəticələr əldə etmiş müəllim heyətinə diplom, sertifikat və fəxri fərmanlar təqdim edilib.

Tədrisdə və intizamda fərqlənən məzunlar tərəfindən rəmzi yaş kötüklərinə xatirə lövhələri vurulub, Bakı Hərbi Kollecinin Döyüş bayrağının təhvili və qəbulu mərasimi keçirilib.

Daha sonra hərbi orkestrin müşayiəti ilə kursantlar hərbi kollecin marşını ifa ediblər.

Sonda şəxsi heyətin tribuna önündən təntənəli keçidi olub.

Bənzər Xəbərlər

Hərbi

MMU-da keçirilən Respublika Elmi-Praktik Konfransı yekunlaşıb

Noyabr 5, 2026
Manşet

“ASAN xidmət” və BMT gələcəyin idarəetmə modellərini müzakirə edir

Noyabr 5, 2026
Media

Prezident bir qrup media nümayəndəsini təltif edib - SƏRƏNCAM

Noyabr 5, 2026
Hərbi

Azərbaycan-Gürcüstan Milli Müdafiə Universitetləri arasında təcrübə mübadiləsi aparılıb

Noyabr 5, 2026
Siyasət

İlham Əliyev onlara müraciət ünvanladı

Noyabr 5, 2026
Gündəm

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı Zəfər Günü ilə bağlı Bəyanat yayıb

Noyabr 4, 2026

XƏBƏR LENTİ

Azərbaycan Mətbuat Şurasının yeni tərkibdə ilk iclası keçirilib

05 Noyabr, 26 / 21:47

“ASAN xidmət”in və BMT-nin sammitində liderlik və regional idarəetmə həlləri diqqət mərkəzindədir

05 Noyabr, 26 / 19:23

MMU-da keçirilən Respublika Elmi-Praktik Konfransı yekunlaşıb

05 Noyabr, 26 / 18:37

“ASAN xidmət” və BMT gələcəyin idarəetmə modellərini müzakirə edir

05 Noyabr, 26 / 18:22

Bakıda güclü külək əsir

05 Noyabr, 26 / 17:33

Türk əsgəri İran tərəfdən açılan atəşlə şəhid olub?

05 Noyabr, 26 / 17:28

Prezident məşhur aparıcıları təltif etdi

05 Noyabr, 26 / 17:16

Prezident sərəncam imzaladı

05 Noyabr, 26 / 17:10

KTMT-də iştirak etməkdə maraqlı deyilik – Paşinyan

05 Noyabr, 26 / 17:03

Prezident bir qrup media nümayəndəsini təltif edib - SƏRƏNCAM

05 Noyabr, 26 / 16:49

“Zefer” Media Qrupu Azərbaycanın ictimai, siyasi, sosial və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərləri də oxuculara çatdırır.

  • Haqqımızda
  • Media kodeks
  • Reklam
  • Əlaqə
  • Karyera
  • Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Zefer.media İnformasiya Portalı © 2026
design by Zefer Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

© 2026 Zefer Media İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2026 Zefer.media - İnformasiya Portalı.