Cəmiyyət

Bəxtiyar Məmmədov: “Bugünkü hadisə zamanı 4 qatar tuneldə qalmışdı”

21 Aprel 2026, 16:581
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

“Ulduz–Nərimanov” mənzilində təmas relsinə yüksək gərginliyin verilməsində nasazlıq yaranan zaman Bakı Metropoliteninin 4 qatarı tuneldə qalmışdı.

Zefer.media  xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında “Bakı Metropoliteni” QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov bildirib.

Onun sözlərinə görə, “Ulduz–Nərimanov” mənzilində təmas relsinə yüksək gərginliyin verilməsində nasazlıq yaranan zaman Bakı Metropoliteninin xətlərində 30 qatar olub: “Onlardan 4-ü tuneldə olub və sərnişinlərin təxliyəsi Bakı Metropoliteninin normativlərinə uyğun olaraq ən qısa müddətdə uğurla həyata keçirilib. Bu zaman hər hansı sərnişin şikayəti, özünü pis hiss etməsi ilə bağlı müraciət daxil olmayıb. Bununla belə Bakı Metropoliteni preventiv tədbirləri görmüşdü”.

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600