Cəmiyyət

Azovda həlak olan kapitan Fuad Orucov dəfn edildi

11 İyun 2026, 16:246
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

Azov dənizində yük gəmilərinə dron hücumunda həlak olmuş Azərbaycan vətəndaşı, gəmi kapitanı Fuad Orucov dəfn edilib.

Zefer.media APA-ya istinadən xəbər verir ki, Fuad Orucovun nəşi doğulduğu Xaçmaz rayonuna gətirilib. Mərhumla əvvəlcə yaşadığı evdə vida mərasimi keçirilib.

Daha sonra Fuad Orucov doğulduğu Xaçmaz rayonunun Yergüc kənd qəbiristanlığında torpağa tapşırılıb.

Dəfn mərasimində mərhumun ailə üzvləri, yaxınları, iş yoldaşları, dostları və kənd sakinləri iştirak ediblər.

Qeyd edək ki, F.Orucov Azov dənizinin Taqanroq körfəzində yük gəmisinə pilotsuz uçuş aparatları ilə həyata keçirilən hücum zamanı həlak olub.

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600