• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
7.6° Weather Columbus
$
1.7
€
1.9095
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Gündəm

“Azərsun Holdinq” Təmizlik Kağızları Fabrikinə mediatur təşkil edib

06 Oktyabr, 26 / 17:48
A A

“Azərsun Holdinq”in təşkilatçılığı ilə media nümayəndələri üçün Sumqayıtdakı “Azərsun Sənaye Parkı”nda yerləşən Təmizlik Kağızları Fabrikinə mediatur təşkil olunub. Tur çərçivəsində jurnalistlər “Sun” və “Aura” markalı gigiyenik kağız məhsullarının istehsal prosesi ilə yaxından tanış olublar.

Media nümayəndələrini qarşılayan fabrikin müdiri Kamil Səfərov müəssisənin fəaliyyət istiqamətləri, tətbiq olunan müasir texnologiyalar və məhsulların hazırlanma mərhələləri barədə ətraflı məlumat verib. O bildirib ki, 30 ilə yaxın təcrübəyə malik şirkətlər qrupumuz bu gün Azərbaycanda gigiyenik kağız məhsulları istehsalında birinci yerdədir. Fabrikdə kağız salfet, tualet kağızı, kağız dəsmal və nəm dəsmallar istehsal olunur.

O vurğulayıb ki, istehsal xətləri İtaliya və Türkiyə başda olmaqla aparıcı şirkətlərin ən müasir avadanlıqları ilə təchiz olunub. Məhsullar bu xətlərdə insan əli dəymədən, tam avtomatlaşdırılmış şəraitdə hazırlanır. Bu yanaşma həm məhsulların keyfiyyətini, həm də gigiyena təhlükəsizliyini yüksək səviyyədə təmin edir.

Mediatur zamanı jurnalistlər fabrikin istehsal sahələrini gəzərək xammalın xəttə verilməsindən hazır məhsulun qablaşdırılıb anbara göndərilməsinədək bütün mərhələləri yaxından izləyiblər.

Jurnalistlərin suallarını cavablandıran marketinq müdiri Azad Qarayev isə 2031-ci ilə qədər “Sun” və “Aura” məhsullarının xarici bazarlara çıxarılacağını bildirib. Təmizlik Kağızları Fabriki gələcəkdə də müasir texnologiyaların tətbiqini genişləndirərək ailələrə yüksəkkeyfiyyətli məhsullar təqdim etməyə və “Made in Azerbaijan” brendini dünya bazarlarında tanıtmağa davam edəcək. Bununla bərabər Azad Qarayev media nümayəndələrinə markalar tərəfindən həyata keçirilən sosial layihələr barədə də məlumat verib. “Sun” və “Aura” məhsul satışı ilə yanaşı, gigiyena vərdişinin hər evə çatdırılmasını da vacib missiya hesab edirlər. Bu məqsədlə “Aura Məktəbli” layihəsi çərçivəsində şagirdlərə gündəlik gigiyena qaydaları öyrədilir. Bölgələrdə isə həkimlərin iştirakı ilə hər il 20 min qapı ziyarəti reallaşdırılır.

Qeyd edək ki, 1998-ci ildən bazarda olan “Sun” Azərbaycanın ilk gigiyenik kağız markasıdır.

Bənzər Xəbərlər

Gündəm

Azərbaycan–Türkiyə qardaşlığı şəhid ailələrinin görüşündə bir daha nümayiş etdirilib

Oktyabr 6, 2026
Gündəm

“Süni intellekt texnologiyaları sahəsində Azərbaycan və Belarus arasında əməkdaşlıq üçün geniş imkanlar var”

Oktyabr 6, 2026
Gündəm

Asiya İnkişaf Bankı Biləcəri-Yalama dəmir yolu xəttinin modernləşdirilməsinə 350 milyon dollar ayırıb

Oktyabr 6, 2026
Gündəm

Azərbaycan və Böyük Britaniya arasında 4 sənəd imzalanıb

Oktyabr 6, 2026
Gündəm

Oktyabr 6, 2026
Gündəm

İstanbulun Boğazında 25 illik möhtəşəm ənənə: Qitələri birləşdirən yarışdan şəhərin gizli gözəlliklərinə  açılan qapı

Oktyabr 5, 2026

XƏBƏR LENTİ

Azərbaycan–Türkiyə qardaşlığı şəhid ailələrinin görüşündə bir daha nümayiş etdirilib

06 Oktyabr, 26 / 22:15

“Süni intellekt texnologiyaları sahəsində Azərbaycan və Belarus arasında əməkdaşlıq üçün geniş imkanlar var”

06 Oktyabr, 26 / 20:42

Avropa Komissiyası Aİ ölkələrinin veto hüququndan məhrum edilməsini təklif edib

06 Oktyabr, 26 / 20:33

Təhsildə rəqəmsal transformasiya ətrafında fikir mübadiləsi aparılıb

06 Oktyabr, 26 / 20:30

Ermənistan Gümrüdəki bazanın gələcək taleyinə görə məsuliyyəti Rusiyanın üzərinə atmağa çalışır - Rusiya XİN rəsmisi

06 Oktyabr, 26 / 20:25

Pakistan 30-40 min hərbçi göndərilməsi xəbərini təkzib edib

06 Oktyabr, 26 / 20:22

Xaçmazda kişi evinin həyətində ölü tapıldı

06 Oktyabr, 26 / 20:21

Soçi sahillərində gəmidə yanğın baş verib

06 Oktyabr, 26 / 20:18

Türk dövlətləri kosmos sahəsində səylərini birləşdirir

06 Oktyabr, 26 / 20:11

Azərbaycan və Birləşmiş Krallıq arasında iqtisadi əməkdaşlıq məsələləri müzakirə olunub

06 Oktyabr, 26 / 20:09

“Zefer” Media Qrupu Azərbaycanın ictimai, siyasi, sosial və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərləri də oxuculara çatdırır.

  • Haqqımızda
  • Media kodeks
  • Reklam
  • Əlaqə
  • Karyera
  • Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Zefer.media İnformasiya Portalı © 2026
design by Zefer Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

© 2026 Zefer Media İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2026 Zefer.media - İnformasiya Portalı.