• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
17.9° Weather Columbus
$
1.7
€
1.9566
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Cəmiyyət

“AzerGold” QSC jurnalistlər üçün növbəti təlim və mediatur təşkil edib

04 Avqust, 26 / 16:04
A A

“AzerGold” QSC tərəfindən “Media nümayəndələrinin dağ-mədən sahəsində məlumatlılığının artırılması” layihəsi çərçivəsində jurnalistlər üçün növbəti təlim və mediatur təşkil olunub. Səhmdar Cəmiyyətinin fəaliyyətinin 10 illiyi çərçivəsində keçirilən tədbirdə ölkənin aparıcı onlayn media qurumlarını təmsil edən 28 jurnalist iştirak edib.

Zefer.media “İki sahil”-ə istinadən xəbər verir ki, tədbirin ilk günü Gəncə şəhərində “AzerGold” QSC-nin müvafiq sahələr üzrə mütəxəssisləri tərəfindən geoloji kəşfiyyat, faydalı qazıntıların hasilatı və emalı, qiymətli metalların satışı, əməyin mühafizəsi, ətraf mühitin qorunması, kommunikasiya və korporativ sosial məsuliyyət istiqamətlərində nəzəri təlimlər keçirilib. İnteraktiv formatda təşkil olunan sessiyalar zamanı qeyd olunan mövzular ətrafında müzakirələr aparılıb, media nümayəndələrinin sualları cavablandırılıb.

Səfərin ikinci günü iştirakçılar əvvəlcə Gəncə şəhərində Heydər Əliyev Fondunun təşəbbüsü, “AzerGold” QSC-nin dəstəyi və “Birgə və Sağlam” İctimai Birliyinin təşkilatçılığı ilə fəaliyyət göstərən Gəncə Autizm Mərkəzində yaradılmış şəraitlə tanış olublar. Jurnalistlər autizm spektr pozuntusu olan uşaqlar üçün həyata keçirilən reabilitasiya prosesini əyani şəkildə izləyiblər.

Daha sonra iştirakçılar Daşkəsən və Göygöl rayonlarında istifadəyə verilmiş kitab köşklərinə baş çəkərək həyata keçirilən sosial layihələrlə tanış olublar. Onlar həmçinin Daşkəsən rayonunun Quşçu qəsəbəsində Heydər Əliyev Fondunun təşəbbüsü və “AzerGold” QSC-nin dəstəyi ilə inşa edilmiş Səlmixan İsgəndərov adına tam orta məktəbin modul tipli binasına baxış keçiriblər.

Səfər “AzerGold” QSC-nin Daşkəsən rayonunun Çovdar kəndində yerləşən Çovdar İnteqrəolunmuş Regional Emal Sahəsinə (ÇİRES) və “Çovdar” qızıl mədəninə təşkil olunmuş mediaturla davam edib. Media nümayəndələrinə müəssisənin fəaliyyəti, qızılın hasilatı və emalı prosesləri, istehsalatda tətbiq olunan müasir texnologiyalar, əməyin mühafizəsi, eləcə də boş süxur anbarında həyata keçirilən bioloji rekultivasiya tədbirləri barədə ətraflı məlumat verilib.

Jurnalistlər istehsalat sahələrini yerində müşahidə edərək qızılın emal mərhələləri, qiymətli metalların hasilatı və emalı, eləcə də ekoloji norma və tələblərə uyğun şəkildə həyata keçirilən istismar işləri ilə yaxından tanış olublar.

Layihə çərçivəsində jurnalistlərin dağ-mədən sahəsi üzrə məlumatlılıq səviyyəsinin qiymətləndirilməsi məqsədilə təlimdən əvvəl və sonra test tapşırıqları keçirilib.

Tədbirin sonunda iştirakçılara sertifikatlar təqdim olunub.

 

Bənzər Xəbərlər

Cəmiyyət

Turizmdə səyahət xərcləri necə hesablanır? - AÇIQLAMA 

Avqust 4, 2026
Cəmiyyət

Bəzi ərazilərdə işıq olmayacaq

Avqust 4, 2026
Cəmiyyət

Qeyri-çimərlik ərazilərdə batanların sayı açıqlanıb

Avqust 3, 2026
Cəmiyyət

Bakının bu qəsəbəsində su olmayacaq

Avqust 3, 2026
Cəmiyyət

Sabahın hava proqnozu açıqlanıb

Avqust 3, 2026
Cəmiyyət

Azərbaycan Dili və Əlifbası Günüdür

Avqust 1, 2026

XƏBƏR LENTİ

“AzerGold” QSC jurnalistlər üçün növbəti təlim və mediatur təşkil edib

04 Avqust, 26 / 16:04

BƏƏ İran gəmilərinin limanlara girişini yenidən qadağan etdi

04 Avqust, 26 / 16:00

“İranın neft ixracı SEPAH-a milyardlarla dollar qazandırıb”

04 Avqust, 26 / 14:31

Turizmdə səyahət xərcləri necə hesablanır? - AÇIQLAMA 

04 Avqust, 26 / 14:07

“Azərbaycan-Qırğızıstan müttəfiqliyi Türk Dünyasının daha sıx inteqrasiyasına xidmət edir”

04 Avqust, 26 / 12:59

ATƏT-in sədri Azərbaycana gəldi

04 Avqust, 26 / 10:30

“YAŞAT” Fondunun Londondakı yay məktəbi başa çatıb  

04 Avqust, 26 / 10:14

Bəzi ərazilərdə işıq olmayacaq

04 Avqust, 26 / 9:49

Qeyri-çimərlik ərazilərdə batanların sayı açıqlanıb

03 Avqust, 26 / 16:05

Bu ölkədə miqrant böhranı: on minlərlə insan Mərakeşə qaytarılıb

03 Avqust, 26 / 16:00

“Zefer” Media Qrupu Azərbaycanın ictimai, siyasi, sosial və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərləri də oxuculara çatdırır.

  • Haqqımızda
  • Media kodeks
  • Reklam
  • Əlaqə
  • Karyera
  • Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Zefer.media İnformasiya Portalı © 2026
design by Zefer Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

© 2026 Zefer Media İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2026 Zefer.media - İnformasiya Portalı.