“Numbeo”nun dünya üzrə benzin qiymətləri reytinqində Azərbaycan yanacağın əlçatanlığına görə Cənubi Qafqaz ölkələri arasında ilk yerdə qərarlaşıb.
Zefer.media bildirir ki, Azərbaycan litrinin qiyməti 0,67 dollar olan benzinlə reytinqdə 89-cu yeri tutub.
Gürcüstanda benzinin qiyməti 1,40 dollar təşkil edir və ölkə 55-ci yerdədir. Ermənistanda isə bir litr benzin 1,57 dollardır və ölkə 45-ci yerdə qərarlaşıb.
Dünyada benzinin ən baha olduğu yer Honkonqdur – litr üçün 3,99 dollar. Ən ucuz benzin isə İranda satılır – litr üçün 0,29 dollar.
Lalə Qurbanlı




