Turizm

Azərbaycan Makaoda keçirilən konqresdə turizm imkanlarını təqdim edib

24 Aprel 2026, 16:181
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

Azərbaycan Turizm Bürosu (ATB) 22-24 aprel tarixlərində Çinin xüsusi inzibati ərazisi olan Makaoda keçirilən “Destination Wedding Planners Congress 2026” (DWP) tədbirində iştirak edib.

Dövlət Turizm Agentliyindən Zefer.media – ya verilən məlumata görə, konqres çərçivəsində ATB nümayəndələri beynəlxalq toy və tədbir təşkilatçıları ilə 20 B2B görüş keçirərək əməkdaşlıq imkanlarını müzakirə edib və qarşılıqlı fikir mübadiləsi aparıblar.

Eyni zamanda, iştirakçılara Azərbaycanda toy mərasimləri və müxtəlif tədbirlərin təşkili imkanları barədə ətraflı məlumat təqdim olunub.

Qeyd edək ki, “Destination Wedding Planners Congress” (DWP) lüks toy təşkilatçılarını qabaqcıl məkanlar, hotellər, destinasiyalar və sənaye tərəfdaşları ilə bir araya gətirən qlobal səviyyədə aparıcı B2B platformalardan biridir.

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600