Ermənistanın Baş naziri Nikol Paşinyan yaxın gələcəkdə Azərbaycanla işgüzar əlaqələrin qurulacağına inandığını bildirib.
Zefer.media xəbər verir ki, o artıq bəzi sahələrdə ilk addımlar atıldığını deyib.
“Ticarət və vətəndaş cəmiyyəti səviyyəsində əlaqələr formalaşır. Sülhün möhkəmlənməsi üçün iqtisadi və humanitar əlaqələr vacibdir.
Birbaşa dialoq üçüncü tərəflərdən daha effektivdir. Əsas məqsəd sərhədlərin delimitasiyası nəqliyyat xətlərinin açılması və sülh sazişinin imzalanmasıdır”, – Baş nazir əlavə edib.

















