Cəmiyyət

Azərbaycanın bu kəndində 500-ə yaxın qəbir aşkarlandı

21 İyul 2026, 13:432
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

Gədəbəy rayonunun Xarxar kəndində yerləşən eyniadlı nekropolda arxeoloji qazıntılara başlanılıb.

Bu barədə Zefer.media-ya Arxeologiya və Antropologiya İnstitutundan məlumat verilib.

Bildirilib ki, arxeoloqlarından, alban irsini öyrənən və tədqiq edən araşdırmaçılardan, antropoloqlardan, etnoqraflardan, bərpaçı-rəssamlardan və s. mütəxəssilərdən ibarət geniş tərkibdə təşkil olunmuş Gədəbəy arxeoloji ekspedisiyasının Xarxar dəstəsi fəaliyyət göstərir.

Nekropolda arxeoloji qazıntı işlərindən öncə ölçü işləri aparılıb, reperlər təyin edilib və qazıntı sahəsi müvafiq qazıntı zonalarına bölünüb.

Nekropoldakı qəbirlərin dəqiq sayını və onların tutduğu arealı müəyyən etmək məqsədilə ərazinin üst torpaq örtüyü relyefdən asılı olaraq 20-40 sm qalınlığında götürülüb. Üst torpaq örtüyün götürülməsi nəticəsində xeyli sayda yeni qəbirlər (əsasən uşaq qəbirləri) müəyyən edilib, beləliklə, qəbirlərin ümumi sayı hələlik 500-ə yaxın olub. Bu rəqəm, yerüstü əlamətləri əsasında müəyyən edilmiş qəbirlərin sıralamasında statistik artımı və nekropolun qəbirlərinin real sayını göstərir. Torpaq işlərinin digər kvadratlarda tamamlanması prosesinin sonunda bu qəbirlərin sayında yenə də artım istisna edilmir.

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600