Siyasət

Azərbaycanda Media və Yayım Şurası yaradıldı

7 Avqust 2026, 13:2231
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

Azərbaycanda Media və Yayım Şurası yaradılıb.

Zefer.media xəbər verir ki, bu, Prezident İlham Əliyevin “Dövlət qulluğu haqqında” və “Media haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” qanun tətbiqi barədə Fərmanında əksini tapıb.

Azərbaycan Respublikası Media və Yayım Şurası Azərbaycan Respublikası Audiovizual Şurasının hüquqi varisidir, onun hüquq və öhdəlikləri, habelə əmlakı Şuraya keçir.

Fərmana əsasən, Azərbaycan Respublikası Media və Yayım Şurasının işçilərinin say həddi 108 ştat vahididir.

Şuraya sədr rəhbərlik edəcək, onun iki müavini olacaq.

Fərmanla “Azərbaycan Respublikası Media və Yayım Şurasının strukturu” təsdiq edilib.

Fərmana əsasən, “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi” publik hüquqi şəxs ləğv edilib və onun hüquq və öhdəlikləri, habelə əmlakı Azərbaycan Respublikası Media və Yayım Şurasına verilib.

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600