• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
4.5° Weather Columbus
$
1.7
€
1.9934
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Turizm

Azərbaycan turizm sahəsində Meksika ilə əməkdaşlığı gücləndirir

01 May, 26 / 12:35
A A

Azərbaycan Turizm Bürosu (ATB) 27-30 aprel tarixlərində Akapulko şəhərində keçirilən və Amerika qitəsinin aparıcı turizm platformalarından biri hesab olunan “Tianguis Turistico Mexico 2026” sərgisində iştirak edib.

Dövlət Turizm Agentliyindən Zefer.media – ya verilən məlumata görə, səfər çərçivəsində Azərbaycan Turizm Bürosunun İdarə Heyətinin sədri Florian Zenqstşmid Meksika Hökumətinin Turizm Katibliyinin Təbliğat, İnnovasiya, Dayanıqlılıq və Turizm Peşəkarlığının Artırılması üzrə rəhbəri Miqel Aqinya Rodrigez, eləcə də Meksika Turizm Assosiasiyaları Federasiyasının (FEMATUR) Beynəlxalq əlaqələr üzrə vitse-prezidenti Xuan Karlos Arnau Avila ilə ikitərəfli görüşlər keçirib.

Turizm sənayesi nümayəndələri, aviaşirkətlər və beynəlxalq təşkilatlarla baş tutan görüşlərdə Azərbaycan və Meksika arasında turizm əməkdaşlığının inkişaf perspektivləri və qarşılıqlı tərəfdaşlıq imkanları müzakirə olunub.

Aprelin 29-da Meksikanın Dünya İrsi Şəhərləri Milli Assosiasiyası tərəfindən “Tianguis Turístico” çərçivəsində təşkil olunan xüsusi tədbirdə ATB nümayəndəsi Azərbaycanın tarixi, mədəni irsi və müxtəlif turizm imkanları barədə təqdimatla çıxış edib.

50-ci dəfə keçirilən “Tianguis Turistico” Meksika və ümumilikdə Amerika qitəsinin ən nüfuzlu turizm tədbirlərindən biri hesab olunur. Platforma qlobal turizm sənayesinin nümayəndələrini, dövlət qurumlarını, aviaşirkətləri və beynəlxalq təşkilatları bir araya gətirir.

Azərbaycanın tədbirdə iştirakı ölkəmizin beynəlxalq turizm əlaqələrinin genişləndirilməsi, yeni əməkdaşlıq imkanlarının formalaşdırılması və turizm potensialının Amerika bazarında daha geniş tanıdılması baxımından əhəmiyyət daşıyır.

Qeyd edək ki, Meksika vətəndaşları üçün Azərbaycana səfər məqsədilə sadələşdirilmiş elektron viza sistemi tətbiq olunur.

Bənzər Xəbərlər

Turizm

Elazığda “Uluslararası Sağlık Turizmi Zirvesi”ndən sonra qonaqlar Çır-Çır şəlaləsini ziyarət ediblər -FOTOLAR

Aprel 29, 2026
Turizm

Azərbaycan Makaoda keçirilən konqresdə turizm imkanlarını təqdim edib

Aprel 24, 2026
Turizm

Azərbaycanın turizm imkanları Qazaxıstanda sərgi çərçivəsində nümayiş olunur

Aprel 24, 2026

XƏBƏR LENTİ

Alimlər beyinlə əlaqə qura bilən süni sinir hüceyrələri hazırlayıb

01 May, 26 / 13:51

Aİ “Meta” haqqında uşaq təhlükəsizliyi pozuntularına görə cəza tətbiqinə hazırlaşır

01 May, 26 / 13:47

Bakıda 5 yaşlı uşaq 12-ci mərtəbədən yıxılaraq ölüb

01 May, 26 / 13:42

Diplomatik korpusun nümayəndələri Xocalı Soyqırımı Memorialında olublar

01 May, 26 / 13:36

“Özünü partladan şəxs nə müharibə iştirakçısı, nə də müharibə əlilidir”

01 May, 26 / 13:20

Azərbaycan güləşinin növbəti zəfəri

01 May, 26 / 13:16

“Təməl dalğıc kursu”nun növbəti buraxılış mərasimi keçirilib

01 May, 26 / 12:53

Hərbi vəzifəlilərlə keçirilən təlim toplanışı başa çatıb

01 May, 26 / 12:42

Azərbaycan turizm sahəsində Meksika ilə əməkdaşlığı gücləndirir

01 May, 26 / 12:35

XTQ-nin yaranmasının 27-ci ildönümü münasibətilə “Sədaqətim Şərəfimdir” adlı tədbir keçirilib

01 May, 26 / 9:19

“Zefer” Media Qrupu Azərbaycanın ictimai, siyasi, sosial və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərləri də oxuculara çatdırır.

  • Haqqımızda
  • Media kodeks
  • Reklam
  • Əlaqə
  • Karyera
  • Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Zefer.media İnformasiya Portalı © 2026
design by Zefer Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

© 2026 Zefer Media İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2026 Zefer.media - İnformasiya Portalı.