• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
25.2° Weather Columbus
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Manşet

Azərbaycan Prezidenti: Ancaq özümüzə və dövlətə güvənməliyik, birlik heç vaxt sarsılmamalıdır

13 İyul, 26 / 12:43
A A

“Mənim tərəfimdən bəşəriyyətə müraciət etmək bir qədər təkəbbürlü olar. Bildiyiniz kimi, həmişə çalışmışam ki, təvazökarlığımı itirməyim. Artıq 23 ilə yaxındır ki, bu kürsüdəyəm. Bu illər ərzində Azərbaycan haradan hara gəlib, bunu xalqımız yaxşı bilir”.

Zefer.media xəbər verir ki, bunu Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılış mərasimində deyib.

Dövlət başçısı Azərbaycan xalqına müxtəlif dövrlərdə bir çox müraciətlərinin olduğunu xatırladıb: “Həm işğal və müharibə dövründə, həm də müharibədən sonra müraciətlərim olub. Əlbəttə ki, müharibədən sonra bu müraciətlər də fərqlənib. Çünki biz fərqli situasiyada idik. İşğal dövründə keçmiş məcburi köçkünlərlə görüşlər əsnasında müraciətlərim ondan ibarət idi ki, onlar ümidlərini itirməsinlər və iradələrini möhkəm tutsunlar, mənə inansınlar ki, biz bu torpaqlara qayıdacağıq. Bir neçə dəfə bu barədə danışmışam, fürsət düşmüşkən deyə bilərəm ki, illər keçdikcə onların ümidlərinin yavaş-yavaş tükəndiyini görürdüm. İnsanların gözlərindəki nisgil, ümidsizlik daha çox sezilirdi. Mən isə onlara nə vaxt, nə zaman, nə olacağını deyə bilmirdim. Deyirdim ki, inanın və onlar da inanırdılar. 17 il – bu az müddət deyil. Onlar gözləyirdilər və mənim sözlərimə inanırdılar, aparılan işlərə də həmişə dəstək olurdular. Müharibə dövründəki müraciətlərim də yaxın tarixin hadisələridir, bunu təkrarlamaq istəmirəm”.

Prezident İlham Əliyev qeyd edib ki, müharibədən sonrakı dövr çox çətin olub: “Müharibə qədər olmasa da, çox çətin idi. Müharibənin nəticələri dünya birliyi tərəfindən qəbul edilməli idi. Onu qəbul etmək istəməyən kifayət qədər qüvvətli dövlətlər, dairələr və ayrı-ayrı şəxslər var idi. Bizim qələbəmizi əlimizdən almaq, onu yarımçıq etmək və ya yenə də Azərbaycanı asılı vəziyyətdə saxlamaq, Azərbaycanın tam ədalətin bərpasına nail olmaması üçün müxtəlif fitnələrin təşkil olunurdu. Bütün bunları biz yaxşı xatırlayırıq. Mənim də müraciətlərim ondan ibarət idi ki, gəlin, biz müharibədəki qələbəni indi qeyd etməyək. Gəlin, daha fəal olaq. Çünki hələ görüləsi işlər çoxdur. Bir qrup keçmiş məcburi köçkün də yenə də bu sözlərə inanıb gözləyirdi ki, gün gələcək onlar da öz doğma dədə-baba torpaqlarına qayıdacaqlar. Həm Qaladərəsi kəndində, həm də Güney Xırman və Quzey Xırman kəndlərində srağagün bir qrup keçmiş məcburi köçkünlə görüşdə dedim ki, 2020-ci ildə müharibə bitəndə və biz qələbə çalanda bu torpaqlar hələ işğal altında idi. Amma siz inanırdınız ki, gün gələcək bu torpaqlara qayıdacağıq və o gün gəldi. Müraciətlərim fərqli olsa da, məzmunca onların ana xətti dəyişməz olaraq qalır. O da budur ki, biz ancaq özümüzə güvənə bilərik. Bu gün artıq bu barədə danışdım. Baxmayaraq ki, Azərbaycanın çox böyük təbii sərvətləri olub, uzun illərdən bəri onlardan heç biri sözün əsl mənasında Azərbaycan xalqının inkişafında, Azərbaycanın o vaxtkı müstəqil olmayan respublikasının inkişafında heç bir rol oynamayıb. Biz ümumittifaq büdcəsinə aldığımızdan daha çox verirdik. Neft aparılırdı. Sumqayıt şəhəri ekoloji fəlakətə məruz qoyulub. Nəticədə Sovet İttifaqı dağılanda hər şey viran qalmış, torpaqlarımız da əldən getmişdi. Ancaq özümüzə və dövlətə güvənməliyik. Birlik heç vaxt sarsılmamalıdır. Bəlkə də bunu bu gün demək o qədər də məntiqli səslənməz, çünki Azərbaycan cəmiyyətində olan birliyə oxşar mənzərə tapmaq çətindir. Çünki bu ürəkdən gələn, insanların zehnindən gələn və eynilə iki çayın birləşməsinə bənzəyən bir şeydir. Həm qəlbdən, həm də fikir olaraq. Biz gələcəyə baxmalıyıq, dünya dəyişir. Yeni təhdidlər və təxribatlar ortaya çıxır. Əgər kimsə fikirləşirsə ki, bizi istəməyən qüvvələr bizdən əl çəkəcək, bilməlidir ki, bu heç vaxt olmayacaq. Bu mübarizə daimi olmalıdır.

Mübarizə öz hüquqlarımızı, öz milli kimliyimizi qorumaq üçün, müstəqilliyimizi öz əlimizdə saxlamaq üçündür. Bir çox misallar var ki, bəzi ölkələr, onların rəhbərləri kiminsə qanadının altına sığınırlar və hesab edirlər ki, bu onları qoruyacaq. Amma nəticə etibarilə böyük oyunların qurbanına çevrilirlər. Bizim xalqımız həm işğal görüb, həm dağıntılar görüb, həm Zəfər görüb, həm də bu gün bu bərpa-dirçəliş dövrünü görür və bu prosesin iştirakçısıdır”.

Azərbaycan Prezidenti gənc nəslə müraciət edərək, milli kimliyi hər şeydən üstün tutmağa çağırıb: “Milli kimlik, milli ləyaqət hər şeydən üstün olmalıdır. Məğlub ola bilərsən, olur belə hadisələr. Amma gərək heç vaxt əyilməyəsən, sınmayasan. Heç vaxt işğalçı ilə razılaşmayasan. İşğalçının diktəsi ilə oturub durmamalısan. Bizim gələcək inkişafımız gənc nəslə bağlı olacaq. Hardasa 20, 30, 50 ildən sonra onlar da bizim kimi olmalıdırlar. Vətənə bağlı, mətin, iradəli, güclü ki, daim Azərbaycan yüksəklərdə olsun”.

Bənzər Xəbərlər

Siyasət

Türk dünyası yeni mərhələyə keçir - Politoloqdan açıqlama

İyul 31, 2026
Manşet

Baş nazir sərəncam imzaladı

İyul 31, 2026
Manşet

Çatalca bələdiyyəsinin sədri “Xüsusi Təyinatlıların Qaziləri, Şəhid Ailələri və Veteranları” İctimai Birliyinin ofisini ziyarət edib

İyul 31, 2026
Dünya

“Rusiya Ermənistan təchizatını asanlıqla əvəz edə bilər”

İyul 31, 2026
Siyasət

Çolpon-Ata şəhərində Azərbaycan və Mərkəzi Asiya ölkələrinin Dövlət Başçılarının qeyri-rəsmi görüşü keçirilib

İyul 31, 2026
Siyasət

Çolpon-Ata şəhərində Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın şərəfinə dövlət ziyafəti verilib

İyul 31, 2026

XƏBƏR LENTİ

Türk dünyası yeni mərhələyə keçir - Politoloqdan açıqlama

31 İyul, 26 / 18:53

150 balla qəbul mümkün olan ixtisaslar – Rəsmi

31 İyul, 26 / 16:41

Baş nazir sərəncam imzaladı

31 İyul, 26 / 16:38

Mərakeşdən İspaniyaya miqrant axını davam edir

31 İyul, 26 / 16:35

ABŞ və İsrail İrana qarşı mümkün quru blokadasını müzakirə edir

31 İyul, 26 / 16:26

Çatalca bələdiyyəsinin sədri “Xüsusi Təyinatlıların Qaziləri, Şəhid Ailələri və Veteranları” İctimai Birliyinin ofisini ziyarət edib

31 İyul, 26 / 16:07

Yeni müttəfiqlik mərhələsi: Azərbaycan və Qırğızıstanı hansı imkanlar gözləyir? – ŞƏRH

31 İyul, 26 / 15:31

Çin milli müdafiə və silahlı qüvvələrini modernləşdirməyi planlaşdırır

31 İyul, 26 / 14:21

“Rusiya Ermənistan təchizatını asanlıqla əvəz edə bilər”

31 İyul, 26 / 14:17

SEPAH: “Hörmüz boğazında iki tanker vurularaq saxlanılıb”

31 İyul, 26 / 14:13

“Zefer” Media Qrupu Azərbaycanın ictimai, siyasi, sosial və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərləri də oxuculara çatdırır.

  • Haqqımızda
  • Media kodeks
  • Reklam
  • Əlaqə
  • Karyera
  • Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Zefer.media İnformasiya Portalı © 2026
design by Zefer Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

© 2026 Zefer Media İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2026 Zefer.media - İnformasiya Portalı.