Siyasət

Azərbaycan müdafiə nazirinin Slovakiyaya səfəri davam edir

13 May 2026, 14:323
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

Slovakiya Respublikasında rəsmi səfərdə olan Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov IDEB (International Defence Exhibition Bratislava) Beynəlxalq Müdafiə və təhlükəsizlik konfransında və sərgisində iştirak edib. 

Müdafiə Nazirliyindən Zefer.media – ya verilən məlumata görə, sərgidə təqdim olunan müdafiə sənayesi məhsulları ilə tanışlıqdan sonra “Robot tərəfindən təkmilləşdirilmiş partlayıcı qurğunun zərərsizləşdirilməsi” və “Patron FPV” PUA-sı vasitəsilə təkərli və tırtıllı texnikaya hücumun nümayişləri izlənilib.

Səfər çərçivəsində general-polkovnik Z.Həsənov Çex Respublikasının Baş nazirinin müavini və müdafiə naziri cənab Yaromir Zuna ilə görüşüb. Görüş zamanı tərəflər iki ölkə arasında qarşılıqlı əməkdaşlığın inkişaf perspektivlərini müzakirə ediblər.

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600