Siyasət

Azərbaycan ilə Türkiyə hərbi nümayəndə heyətlərinin görüşü keçirilib

5 May 2026, 20:244
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

Bakıda Azərbaycan ilə Türkiyə arasında kütləvi qırğın silahlarından mühafizə sahəsi üzrə qabiliyyətlərin inkişaf etdirilməsi və bu sahədə dünyada cərəyan edən hadisələrin təqib edilməsi məqsədilə görüş keçirilib. 

Müdafiə Nazirliyindən Zefer.media – ya verilən məlumata görə, qonaqları ölkəmizdə görməkdən məmnunluğunu ifadə edən general-leytenant Azər Əliyev Azərbaycan və Türkiyə arasında qardaşlıq və dostluğa əsaslanan əlaqələrin hərbi sahədə də sürətlə inkişaf edərək strateji tərəfdaşlıq səviyyəsində möhkəmləndiyini qeyd edib.

Görüşdə bildirilib ki, qarşılıqlı səfərlər qlobal və regional inkişaf tendensiyaları nəzərə alınmaqla radiasiya, kimyəvi və bioloji mühafizə sahəsində fəaliyyətlərin davamlı şəkildə təhlilinə və ordularımızın potensialının ən yüksək səviyyədə saxlanılmasına mühüm töhfə verir.

Tərəflər həmçinin hərbi, hərbi-texniki və digər sahələrdə görülən işlərin cari vəziyyətini müzakirə edib, qarşılıqlı maraq doğuran mövzular ətrafında geniş fikir mübadiləsi aparıblar.

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600